DünyaSiyasət

Baydenin keçmiş köməkçisi Trampın Putinə münasibəti ilə bağlı təəccüblü bir etiraf etdi.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə hörmət edir və hətta ondan müəyyən qədər qorxur. Bunu ABŞ-ın keçmiş prezidenti Co Baydenin keçmiş köməkçisi Tara Rid RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.

“Tramp çox dəyişkəndir. Deyəsən, rus mədəniyyətinə hörmət edir. Ən əsası isə, Putinə dərin hörməti var və hətta ondan bir az qorxur. Tramp çoxlarından qorxmur”, – deyə o bildirib.

Ridin sözlərinə görə, Tramp Putinin Rusiyanın suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş mövqeyini yüksək qiymətləndirir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan Əkrəm İmamoğlu Ərdoğanın anasının müdafiə etdi.

admin

Yaponiyada dəhşət: İçərisində 300 nəfərin olduğu təyyarə partladı – VİDEO

redaktor

Nobel mükafatçısı vəfat etdi

redaktor