CəmiyyətŞou

Sabiq deputatdan qalmaqallı paylaşım: “Bu nə düşüklükdü?”

Sabiq deputat Etibar Hüseynov Röyanın Xətai İcra Hakimiyyətində qarşılanmasını tənqid edib

Tacxeber.com News365.az-a istinadən xəbər verir ki, sabiq deputat Etibar Hüseynov Xətai Rayon İcra Hakimiyyətində baş tutan görüşlə bağlı sosial şəbəkə hesabında tənqidi paylaşım edib.

Etibar Hüseynov paylaşımında Xalq artisti Röyanın Xətai Rayon İcra Hakimiyyətinə gəlişi zamanı ona göstərilən münasibəti ironiya ilə şərh edib. O bildirib ki, ilk baxışda Röyanı dünya ulduzu Ajda Pekkanla səhv salıb:

“Düzü əvvəlcə elə bildim Ajda Pekkandı, Bakıya gəlib, mənim xəbərim yox. Sonra gördüm ki, yox-bizim Röya imiş. Daha sonrasa elə bildim ki, yəqin Röya hansısa uşaq evinə, ponsionata gedib. Çünki əynində idman geyimi, ayağında krassovka var idi. Amma sən demə yenə də yanılmışam: Röya, Xətai İcra Hakimiyyətinə təşrif buyurubmuş. İcra başcısı onu həyətdə gül dəstəsi ilə qarşılayır, daha sonrasa müavinləri ilə böyrünə düşüb onu müşaiyət edir. Nə deyim Vallah? Bircə onu bilirəm ki, allahın Kim Kardaşyanı Paşinyanın görüşünə gedəndə daha rəsmi geyinmişdi. Və allahın Paşınyanı da onu qəbul otağında 10 dəq. gözlətmişdi. İndi bu nə düşüklükdü, bu nə bambıllıqdı? Bu əbləhlər qəbuluna gələn Qaziləri, Şəhid ailələrini heç İH binasının içərisinə girməyə imkan vermirlər e. O da qala aşağıya düşüb pişvazına çıxmaq…”

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycanlılar Qarabağ erməniləri üçün möhtəşəm yol çəkib” – Erməni jurnalist

admin

Bakıda toxunulmaz dələduz – Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir

redaktor

“Azərbaycanlı qadınlarla evlənməyin” – Türk müəllimin sözləri qalmaqal yaratdı

redaktor