Mehman Hüseynov, bir blogerdi. Azərbaycanda olduğu zaman, əsas işi, rejimin vətəndaşlara qarşı törətdiyi qanunsuzluqları çəkmək, rüşvət faktlarını araşdırmaqdan ibarət olub. Bir dəfə, bildiyimə görə, deputatlığa namizəd olub. Ciddi bir hakimiyyət iddiası, partiya qurub, xalqı təşkilatlandırmaqla, hakimiyyəti dəyişmək kimi bir planı olmayıb. Yəni, İlham Əliyev hakimiyyəti üçün ciddi birbaşa təhlükə mənbəyi olmayıb.
Amma bütün bunlara baxmayaraq, adamın, ailəsinin başına gətirilməyən oyun qalmayıb. 4 il adamın yataq otağına kamera yerləşdirib, adamın intim videolarını çəkib və daha sonra, adamdan onlara tərəf keçməyi tələb ediblər. İlham Əliyev hakimiyyətinin mahiyyəti bundan ibarətdir deyə, məsələyə başqa tərəfdən yanaşmaq istəyirəm.
Bir blogerə qarşı bu cür davranan İlham Əliyev, sizcə, onu dəyişməyə çalışan siyasi partiya rəhbərlərinə qarşı nələr etməz?! İndi anlayırsız niyə bəzi siyasətçilər siyasi rəqibdən malakeşə çevrilirlər? Avtobusa minib, arada İlham Əliyevi tərifləyirlər? Mən zərrə qədər də şübhə etmirəm ki, onların hamısına qarşı İlham Əliyevdə n qədər kompromatlar var.
Ona görə də, ölkə daxilində biri çıxıb iddia edirsə ki, mən sizi təşkilatlandırıb, seçki yolu ilə İlham Əliyevə qalib gələrəm, o, sizi aldadır. Bunu istəsə də, edə bilməz. Çünki kəndiri artıq rejimin əlindədi. Ölkə daxilində oturub, İlham Əliyeva qarşı xalqı səfərbər edib, qalib gəlmək mümkün deyil. Bu, yalnız 2 halda mümkün ola bilər:
1. İlham Əliyev bunu özü istəsin.
2. Sosial partlayış baş versin.
