22.5 C
Bakı
29 İyun 2026 03:24
DünyaGündəmSiyasət

Rusiya Kiyevdəki hökumət binalarına zərbələr endirməyə hazırlaşır – Zelenski

Rusiya Federasiyası Kiyevdəki hökumət binalarına zərbələr endirmək üçün zəmin hazırlayır.

Tacxeber.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Bu, Rusiya Federasiyasının daha bir yalanıdır. Dünən Trampla görüşümüz olduğu aydındır. Həmçinin aydındır ki, əgər ABŞ ilə mübahisəmiz yoxdursa və irəliləyiş əldə ediriksə bu, ruslar üçün uğursuzluqdur. Çünki onlar bu müharibəni bitirmək istəmirlər. Onlar bunu yalnız onlara təzyiq göstərməklə bitirə bilərlər. Və əminəm ki, onlar səbəb axtarırdılar”, – deyə Zelenski bildirib.

Zelenski həmçinin əlavə edib ki, açığı, o, dünən Rusiya tərəfindən oxşar ritorika gözləyirdi.

“Görürsünüz, onlar daha da irəli gedirlər. İndi isə, hansısa yaşayış yerinə hücum edildiyini açıqlamaqla, əminəm ki, onlar sadəcə olaraq, paytaxta və yəqin ki, hökumət binalarına zərbələr endirmək üçün zəmin yaradırlar”, – deyə prezident bildirib.

O, sentyabr ayında Ukrayna Nazirlər Kabinetinin binasına raket zərbəsi endirilməklə oxşar bir hadisənin baş verdiyini xatırladıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kadırov ilk dəfə döyüşçülərinin öldüyünü ETİRAF ETDİ: “23 nəfər ölüb, 58-i yaralanıb”

admin

Bu ölkədə prezident və nazirlər maaş almaqdan İMTİNA ETDİ

redaktor

“Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək” – Bill Qeyts

redaktor