13 C
Bakı
30 Mart 2026 11:27
DünyaHadisə

İranda etirazçılar polislə toqquşub

İranda milli valyutanın ucuzlaşmasına, inflyasiyaya etirazlar iki gündür davam edir. Təhlükəsizlik qüvvələri izdihamı gözyaşardıcı qazla dağıtmağa çalışıb.

AzadlıqRadiosunun fars xidməti (Radio Fərda) xəbər verir ki, etirazçılar Böyük Bazarda və Tehranın digər mərkəzi yerlərində iqtisadi durumla bağlı hökumətə qarşı şüarlar səsləndiriblər. Bazarda bir çox tacirlər mağazaları bağlayıb.

Ölkə iqtisadiyyatı beynəlxalq sanksiyalar altında əzilir, İran valyutası isə rekord həddə ucuzlaşır.

Yerli media Mərkəzi Bank sədri Məhəmməd Rza Fərzinin istefa verdiyini yazır. O, 2022-ci ilin dekabrından bu vəzifədədir. Prezident Məsud Pezeşkianın sözçüsü onu keçmiş iqtisadiyyat naziri, martdan vəzifədən kənarlaşdırılmış Əbdülnasir Hemmətinin əvəzləyəcəyini deyib.

Hazırda bir dollar 1.4 milyon rialdır, bir il öncə isə 800 min idi. Bu, qara bazardakı qiymətdir. Rəsmi məzənnə bundan yaxşı olsa da, iranlıların çoxu üçün əlçatan deyil.

“Radio Fərda” etirazlarda “diktatora ölüm” şüarının da eşidildiyini bildirir. Təhlükəsizlik qüvvələrinin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə etməsinin görüntüləri yayılıb.

Bu dəfə qeyri-adi olan yerli medianın da etirazları işıqlandırmasıdır.

“Fars” agentliyi Tehranın müxtəlif yerlərində etirazçıların siyasi şüarlar səsləndirdiyini xəbər verir. SEPAH-a yaxın bu agentlik təhlükəsizliyin, sabitliyin pozula biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İran statistika idarəsi dekabrın 28-də inflyasiyanın 52 faizə çatdığını elan edib.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Cənubi Koreyada çoxsaylı insan ölümü ilə əlaqədar milli matəm elan edib

redaktor

Kreml filosofu Duqin hesab edir ki, ABŞ-ın növbəti hədəfi Putin ola bilər.

admin

Ayətulla Xameneyinin əmri ilə gizli toplantı: “Azərbaycana xüsusi diqqət yetirin!” – TƏFƏRRÜAT – FOTO

admin