İdman

Adnan Əhmədzadənin sponsoru olduğu klub dağılır

Azərbaycan I Liqasının iddialılarından olan “Mingəçevir”də futbolçular yenidən maaş ala bilmir.

Tacxeber.comFutbolinfo.az-a istinadən xəbər verir ki, iki aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir.

Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “Səbrli olun” cavabını verir. Bu isə onları qane etmir.

Xatırladaq ki, “Mingəçevir”in sponsoru ASTA-dır. Bu şirkətin sahibi olan SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barədə bir neçə ay öncə həbs qətimkan tədbiri seçilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Çoxdandır ki, millidə bu ruh görünmürdü” – Ayxan Abbasov

admin

Portuqaliya və Fransa millisi 1/4 finalda qarşılaşacaqlar.

admin

Azərbaycan futbolunda qorxulu anlar, oyunçunun ayağı qırıldı – VİDEO

redaktor