DünyaSiyasət

ABŞ müharibə başa çatdıqdan sonra Ukraynaya qoşun yerləşdirməyə hazırdır

Polşa Baş naziri Donald Tusk Ukrayna üçün təhlükəsizlik zəmanəti olaraq ABŞ hərbi qüvvələrinin bu ölkəyə yerləşdiriləcəyini deyib.

Tacxeber.com “Unian“a istinadən xəbər verir ki, Tusk bildirib ki, ABŞ sülh razılaşmasının imzalanmasından sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq öz qoşunlarını bu ölkəyə yerləşdirməyə razılıq verib.

“Məsələn, Rusiya-Ukrayna təmas xətti boyu və ya sərhədboyu ərazilərdə ABŞ hərbi birləşmələri yerləşdirilə bilər. ABŞ tərəfindən bu birmənalı bəyanatlar sadəcə məsələnin birinci hissəsidir. Biz Atlantikin o tayındakı tərəfdaşlarımızın nə qədər davamlı mövqe sərgiləyəcəklərini görəcəyik, amma bu bizə danışıqların uğurlu olacağı ilə bağlı ümid verir”, – Polşa Baş naziri qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin və Rusiya hərbi komandanlığı növbəti teatrlaşdırılmış səhnəcik oynayıblar.

admin

Vəliyevdən sentyabr döyüşləri ilə bağlı – Açıqlama

redaktor

Venediktovun açıqlamaları Azərbaycana yönəlik yeni təhlükə ehtimalını gücləndirir.

redaktor