32 C
Bakı
20 Avqust 2026 13:12
DünyaSiyasət

Zelenskinin Trampla görüşü “bütün dövrlərin ən vaciblərindən biri” kimi dəyərləndirib.

Ukrayna və ABŞ prezidentlərinin Mar-a-Laqo iqamətgahında keçirilən görüşü “bütün dövrlərin ən vaciblərindən biri” olub – Zelenskinin komandasında belə bildiriblər.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Mar-a-Laqo iqamətgahında baş tutan danışıqlar məhsuldar və məzmunlu xarakter daşıyıb. Bu barədə RBK-Ukrayna mənbəyə istinadən xəbər verir.

“Müzakirələr çox məzmunlu keçdi. Əlavə işlənməli məsələlər var, amma bu, bütün dövrlər ərzində ən vacib görüşlərdən biridir”, – deyə mənbə bildirib.

Daha əvvəl bildirildiyi kimi, ABŞ və Ukrayna prezidentlərinin görüşü Trampın Floridadakı şəxsi iqamətgahı Mar-a-Laqoda baş tutub. Vladimir Zelenski qeyd edib ki, müzakirə olunan əsas mövzular sırasında sülh sazişinin bəndlərinin həyata keçirilmə ardıcıllığı yer alıb.

Xatırladaq ki, ABŞ və Ukrayna liderləri arasında danışıqlar iki saatdan çox davam edib. Görüşdən sonra Tramp və Zelenski Avropa liderləri ilə də telefon danışığı aparıblar. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Eskalasiya həddini keçir: dünya daha böyük müharibəyə gedir

redaktor

İlham Əliyev həqiqətən Putindən qorxur?

redaktor

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

redaktor