Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarının təfərrüatlarını onunla bölüşüb və bu danışıqlar zamanı sülh planı “nöqtəbənzər” müzakirə edilib. Zelenski Rusiyanın sözlərinin və hərəkətlərinin uyğunlaşdırılmasının vacibliyini vurğulayıb, lakin konkret detalları açıqlamaqdan imtina edib.
Ukrayna prezidentinin sözlərinə görə, artıq Ukrayna-Amerika işçi qrupu fəaliyyət göstərir və Avropa tərəfdaşları ilə üçtərəfli qrup da yaradılıb. O əlavə edib ki, gələcəkdə müharibənin sona çatması üçün Rusiya, ABŞ, Avropa və Ukraynanın nümayəndələrinin daxil olduğu dördtərəfli texniki qrup formatında saziş layihəsi hazırlana bilər. “Bizi müharibənin sona çatmasına yaxınlaşdıra biləcək istənilən formata açığıq”, – deyə Zelenski qeyd edib.
