DünyaSiyasət

“Ukraynalıların 85 faizi ordunun Donbasdan çıxmasına qarşıdır” – Zelenski

Ukraynalılar sülh istəyirlər, lakin əhalinin əksəriyyəti bunu Donbasın hesabına istəmir.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində bildirib.

O vurğulayıb ki, ukraynalılar müharibədən yorulublar, lakin milli təhlükəsizliyə təhdid yaradan kompromisə getməyə hazır deyillər: “İnsanlar sülh istəyir. Bu gün Tramp dedi ki, sorğuların nəticələrini görüb, onlara görə 85 % və ya hətta 87 % sülh istəyir. Bu, bizim həyatımızdır. 87 % sülhü dəstəkləyir. Eyni zamanda 85 % Donbasdan çıxışa qarşıdır. Bu, o deməkdir ki, hamı sülh istəyir, amma ədalətli sülh”.

Zelenski əlavə edib ki, Donbasdan çıxmaq ən pis ssenaridir və danışıqlarda bütün tərəflər bunu başa düşülməlidir. Onun sözlərinə görə, bu addım Ukrayna üçün ciddi risk yaradır və ölkə vətəndaşları tərəfindən qəbuledilməz olacaq. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp İlon Maskı bağışlamağa hazır olduğunu bildirdi

redaktor

Harrisin əri ən nüfuzlu 50 yəhudi arasında liderdir

admin

Rusiyanın bu ölkələrlə təlimləri Qərbi hiddətləndirdi

redaktor