DünyaSiyasət

Ukrayna Putinin iqamətgahına 91 PUA ilə hücum edib –Lavrovdan BƏYANAT

Ukrayna Rusiya prezidenti Putinin iqamətgahına hücum etməyə cəhd edib.

Tacxeber.comTASS-a istinadən bildirir ki, bu barədə XİN başçısı Sergey Lavrov bildirib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına zərbə endirmək cəhdi 28-29 dekabr gecəsi baş verib. Sergey Lavrov bildirib ki, 91 PUA istifadə edilib, lakin onlar məhv edilib.

O bildirib ki, bu səbəbdən Rusiyanın danışıqlar prosesindən mövqeyi yenidən nəzərdən keçiriləcək. Lakin Rusiya danışıqlar prosesindən çıxmaq niyyətində deyil. Lavrov əlavə edib ki, Vladimir Putinin iqamətgahına hücumdan sonra “Rusiyanın cavab zərbəsi”nin hədəfləri və vaxtı müəyyən edilib.

“Qeyd etmək istərdik ki, bu hərəkət Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üçün intensiv danışıqlar zamanı baş verib. Bu cür ehtiyatsız hərəkətlər cavabsız qalmayacaq. Cavab zərbələrinin hədəfləri və onların Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirilməsi vaxtı müəyyən edilib.
Biz ABŞ ilə danışıqlar prosesindən çıxmaq niyyətində deyilik. Eyni zamanda, Rusiyanın danışıqlarda mövqeyi yenidən nəzərdən keçiriləcək“-deyə Lavrov vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb

admin

Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA

redaktor

Gizli sülh planı belə ifşa olunub…

redaktor