11 C
Bakı
29 Mart 2026 12:28
DünyaSiyasət

“Rusiya Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır” – Tramp

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib.

Tacxeber.com xəbər verir ki, tədbiri Ağ Evin mətbuat xidməti yayıb.

“Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır”, – Amerika lideri bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaparojye Atom Elektrik Stansiyası (AES) məsələsini qaldırıblar. Tramp qeyd edib ki, Rusiya AES-in Ukrayna üçün də əlçatan olmasını görmək istəyir: “Putin mənə dedi ki, Zelenski ilə birgə görüşün baş tutmasını istərdi; yeri gələndə belə bir görüş olacaq”.

O, əlavə edib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.(Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusu Donetskdə təşəbbüsü ələ aldı – Rus qoşunları geri çəkilir

admin

“Yadplanetlilər artıq aramızdadır” – FOTO

redaktor

Xameneyinin səhhəti pisləşib?!

admin