Bir məsələ var, bu məsələyə nə Qərb, nə ABŞ, nə də Ukrayna mətbuatı ciddi diqqət yetirmir(məqsədyönlü şəkildə), sanki görməzdən gəlirlər, halbuki bu ən fundamental məqamdır.
Zelenskinin son bəyanatını DİQQƏTLƏ oxuyaq:
– Prezident Trampla keçirilən görüşümüz zamanı nəyə nail olduq?
ABŞ Prezidenti ETİBARLI təhlükəsizlik zəmanətlərinin mövcudluğunu təsdiqlədi. O, təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar qruplarımız tərəfindən bu günədək hazırlanmış bütün DETALLARI(!!!) təsdiqlədi və onların ABŞ Konqresində səsverməyə çıxarılacağını bəyan etdi. Bu, son dərəcə MÖHKƏM və ETİBARLI bir razılaşmadır.
“Detallar” sözünə diqqət yetirin, bu nə deməkdir?
Təbii ki söhbət kağız üzərində hansısa “cızmaqara zəmanətlərdən” getmir.
ABŞ Konqresində “ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri” adlı sənədin ratifikasiya olunması ABŞ dövlətini ən ciddi şəkildə məsuliyyətləndirir. Söhbət ABŞ-ın Ukraynanın ərazisində BİLAVASİTƏ hərbi mövcudluğundan gedir:
– Səmanın təhlükəsizliyi (aviasiya, radarlar, HHM sistemləri). Bunları ABŞ təmin edəcək;
– Yerdəki hərbi kontingent(çox güman ki, avropalılar+türklərin hərbi kontingenti);
– Kəşfiyyat məlumatları(peyklər) da ABŞ təmin edəcək;
– ABŞ HSK-nin Ukrayna hərbi sənayesinə müasir texnologiyaların verilməsi və Ukrayna HSK-nə böyük sərmayələrin yatırılması;
Və s.
Detallar son dərəcədə çoxdur, məhz təhlükəsizlik zəmanətləri ən önəmli və Rusiyanın ən çox qorxduğu məsələdir.
Atəşkəsdən sonra Ukraynanın böyük sürətlə silahlanması və Rusiyaya qarşı hərbi monsterə çevrilməsi Rusiya üçün nəinki “Ukrayna arzusunun” dəfn olunması deməkdir, hətta ekzistensional(mövcudluğuna) təhlükədir. Müharibənin nəyə görə başladığını unutmayaq, Rusiya üçün Ukraynanın “təsir zonası”na qayıtması həyati vacibdir, Ukraynasız Rusiyanın imperiya olması mümkünsüzdür.
Kreml bunu çox gözəl bilir və bacardığı qədər danışıqları pozmaq istəyir, misal üçün Lavrov bir neçə saat qabaq bəyanat verib ki, guya USQ Putinə qarşı sui-qəsd cəhdi edib və bu fakt, Rusiyanın danışıqlarda mövqeyinə təsir edəcək.
P.S. Zelenski ABŞ-dan məmnun qayıdıb, və 1-2 həftəyə yenidən Trampa görüş planlaşdırılır.
