CəmiyyətİdmanQalmaqal

Gəncə stadionu ilə bağlı son

Gəncə şəhər stadionunun aprel-may ayında “Kəpəz” klubunun ixtiyarına veriləcəyi gözlənilir.

Tacxeber.com “Report”a istinadən yaydığı məlumata görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində məlumat verib.

O, arenanın ot örtüyünün hazır vəziyyətə gətirilməsinin hava şəraiti ilə bağlı olduğunu diqqətə çatdırıb:

“Dəqiq tarix demək bir az çətindir. Amma yəqin ki, bu, aprel-may aylarına təsadüf edəcək və stadion oyunlar üçün hazır vəziyyətə gətiriləcək. Bu, hava şəraitindən asılı olan məqamdır. Biz gözləməliyik. Gəncə şəhər stadionu müasir standartlara cavab verir. Orada azarkeşlər və futbolçular üçün yaxşı şərait var. Futbol oynamaq, izləmək üçün hər şey yaxşı səviyyədə qurulub. Azərbaycanda ən yaxşı futbol stadionlarından biridir. Biz də orada oyunların tez olmasını istəyirik. Amma aprel-may aylarını gözləməliyik. Komandanın həmin vaxt orada oynaya bilməsi üçün çalışırıq”.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yenə də hüquq müdafiəçisi həbs olundu.

admin

Vardanyanla bağlı şok rəqəmlər açıqlandı: Qarabağa bu qədər pul xərcləyib

redaktor

Xocavənddə əlləri, ayaqları məftil və kəndirlə bağlanmış 12 şəhidin qalıqları

admin