“İnsanlığın tarixi kitabxanaların tarixi qədər qədimdir.
Və nə qədər kitab qalacaqsa, bir o qədər də gələcək olacaq”. – İbrahim Nəbioğlu
İnsanın bəşər tarixində inşa etdiyi ən möhtəşəm tikililərdən biri kitabxanadır.
Divarları daşdan olsa da içi işıqdan ibarətdir.
Orada zaman dayanır, amma bilik axmağa davam edir.
Kitabxana sivilizasiyanın yaddaşı, insan ağlının məkana çevrilmiş halıdır.
🇺🇸 1. Konqress Kitabaxanası, ABŞ (25,7 milyon kitab)
Vaşinqtonda yerləşən bu nəhəng kitabxana yalnız ABŞ-ın deyil, dünyanın da ən böyük bilik məbədi sayılır. 1800-cü ildə qurulan kitabxanada 25 milyondan çox kitab, milyonlarla xəritə, foto, not və əlyazma saxlanılır. Onun hər zalı demokratik dünyanın arxividir.
Burada yalnız kitablar deyil, bəşəriyyətin düşüncə xronikası yaşayır.
🇺🇸 2. Harvard Universitetinin Kitabxanası, ABŞ (20,1 milyon kitab)
Harvard Library dünyanın ən qədim universitet kitabxanalarından biridir.
Bütün sahələri əhatə edən kitabları ilə elmin universal xəritəsini xatırladır.
🇨🇳 3. Çin Milli Kitabxanası (19,8 milyon kitab)
Pekində yerləşən bu kitabxana həm qədim Çin əlyazmalarını, həm də müasir elmi əsərləri qoruyur. Ən maraqlısı odur ki, burada 2000 illik bürünc yazılardan tutmuş 21-ci əsr rəqəmsal arxivlərinə qədər hər şey var. Bu, Çin sivilizasiyasının “kağız üzərindəki DNA”sıdır.
🇩🇪 4. Almaniya Milli Kitabxanası (17,9 milyon kitab)
Frankfurt və Leypsiqdə iki binası olan bu kitabxana Alman düşüncəsinin, fəlsəfəsinin və musiqisinin mərkəzidir. Burada hər əsrin dili, intizamı və zehni nizamı var.
🇷🇺 5. Rusiya Dövlət Kitabxanası (17,6 milyon kitab)
Moskvanın mərkəzində yerləşən bu kitabxana sovet dövrünün mədəniyyət qalası idi.
Burada yazıçı və şairlərin əlyazmaları, məktubları, həmçinin elmi sahələr üzrə unikal arxivlər saxlanılır.
🇫🇷 6. Fransa Milli Kitabxanası (16,2 milyon kitab)
🇺🇸 7. Michigan Universiteti Kitabxanası (16 milyon kitab)
Amerika təhsil sisteminin beyin mərkəzlərindən biri. Burada elmlə bərabər həm də “bilginin paylaşılması mədəniyyəti” yaşayır.
🇺🇸 8. Yel (Yale) Universiteti Kitabxanası, ABŞ (15,4 milyon kitab)
🇺🇸 9. İllinoys (Illinois) Universiteti, ABŞ (15,3 milyon kitab)
🇺🇸 10. Kolumbiya (Columbia) Universiteti Kitabxanası, ABŞ (15 milyon kitab)
🇷🇺 11. Rusiya Milli Kitabxanası (15 milyon kitab)
🇺🇸 12. California Universiteti, Berkeley Kitabxanaları, ABŞ (13,9 milyon kitab)
🇬🇧 13. Britaniya Kitabxanası (13,5 milyon kitab)
🇬🇧 14. Bodleian Kitabxanası, Oxford, İngiltərə (13,1 milyon kitab)
🇯🇵 15. Milli kitabxana, Yaponiya (12,5 milyon kitab)
Biz texnologiyalar dövründə yaşasaq da Gələcək hələ də bu sakit otaqlardakı səhifələrdə formalaşır.
