6 C
Bakı
28 Dekabr 2025 12:40
DünyaSiyasət

Tibbdə aqressiv “xərçəng” nədirsə, siyasətdə də aqressiv maniya odur…

2001-2008-ci illər arasında Vladimir Putin və Corc Buş arasında aparılan söhbətlərin bir neçə transkripti ABŞ-da dərc olunub. Təxminən 25 il əvvəl baş tutan bu söhbətlər göstərir ki, Putin artıq imperiya qisası ideyalarında olub. Onları dünya liderləri ilə söhbətlərdə açıq ifadə edib.

2001-ci ildə Putin Buşla söhbət zamanı deyir: “Ruslar könüllü olaraq minlərlə kvadrat kilometr ərazini – misli görünməmiş – verdilər. Və əsrlər boyu Rusiyanın bir hissəsi olan Ukrayna verildi. Qazaxıstan da verildi. Cənubi Qafqaz da verildi. Bunu təsəvvür etmək çətindir və bütün bunları kommunist partiya bossları edib”, – deyə əlavə edir və “Sovet imperiyasının süqutundan sonra mən qarışıq, “xalq” və “elita” özümüzü xəyanətə uğramış hiss edirik” deyə bildirir.

Nə anlam və nəticə verir bu rəsmi sübutlu fakt?

Putin psixoloji olaraq, SSRİ-nin dağılmasını və bununla bağlı “ərazilər itkisini” çox ağrılı keçirir. Və psixoloji olaraq SSRİ və “ərazilərin” itkisinin patoloji qisası həm bərpası maniyasına düşüb.

Və belə maniya üzrə də Ukraynaya hücum edib, Moldovada “Dnestryanı” adlı platforma saxlayır, Gürcüstanda Cənubi Osetiya, Abxaziyanı tutub, Azərbaycanda isə Qarabağ-Xankənd platforma imkanını itirirməsini “saqqızını oğurlatma” kimi ağrılı keçirir, bunu heç, özünə bağışlaya bilmir.

Ona görə də, öz dediyi kimi, gözü Ukraynadan sonra Qazaxıstanda və Cənubi Qafqazda, yəni Azərbaycandadır. Aydın görünür ki, Ukraynada sülh danışıqları adı altında orada öz “Donbass platformasını və ordusunun da mövcudluğunu rəsmiləşdirəndən sonra, dərhal, “maniya planı” üzrə Qazaxıstana və daha əvvəl, Azərbaycana keçməyə cəhd edər, ərazi qopartmaq niyyətilə.

Qazaxıstandan onun şimal həmsərhəd bölgəsi, Azərbaycandan isə, Xankəndi ya şimal bölgəsi tərəfdən bunu etməyə cəhd edər, ehtimal üzrə. Artıq Trampın vasitəçiliyi ilə, Ukraynada “işinin” bitməsi ərəfəsi Azərbaycana AZAl-ın təyyarəsi məsələsinə kəskin, kobud formada “qapandı!” deməsi, eyni zamanda da Qazaxıstanın sabiq, prezidenti, (yerinə Tokayev gələn) Nazarbayevi Kremldə yaxın insan kimi qəbulu buna işarədir.

Qeyd edim ki, patopsixoloji maniyanın siyasəti üstələdiyi halda, bu maniyaya qarşı hansısa bir siyasi, dostluq, ehtiram jesti kimi yola gətirmək gedişlərinin əsla xeyri yoxdur. “Maniya” bunları heçə sayır, vecinə almır, özlüyü və yolunda qalır.

Xərçəng, xəstə patalogiyasını dua, xahişlə yola gətirmək olarmı ki, əl çək? Gərək, kəsib atasan. Aqressiv pataloji maniya da elədir, müqavimət Aqressiv maniyaya tutulmuş Hitleri kim, hansı siyasi jest durdura bildi ki? Yalnız, müqavimət!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Putin: Kiyev danışıqları vaxtından əvvəl hesab edərsə, Rusiya gözləməyə hazırdır

redaktor

Celal Şengör: “Azərbaycanda 7,5 bal gücündə zəlzələ ola bilər” – VİDEO

redaktor

Netanyahu: İsrailin İrana qarşı hərbi əməliyyatları Trampın dəstəyi ilə aparılır

redaktor