DünyaSiyasət

Rusiyanın vasitəçiliyi ilə İsrail və Suriya arasında müzakirə edilən anlaşmanın detalları bəlli olub

İsrail mətbuatının yaydığı məlumata əsasən Rusiyanın vasitəçiliyi ilə İsrail və Suriya arasında müzakirə edilən anlaşmanın detalları aşağıdakılardır:

• Suriya de-fakto Colan təpələrindən imtina edəcək. Suriya tərəfi Druzlara qarşı heç bir hərbi müdaxilə həyata keçirməyəcək. Druzlar Şamın suverenliyi altında qalacaqlar. Druzlar Suriya hökümətinin digər qüvvələrlə istənilən hərbi toqquşmasında iştirak etməyəcək.

• Druzlar ilə Suriya arasında Rusiya hərbiçiləri patrul həyata keçirəcəklər. Əsəd dövründə mövcud olan Cənubi Əməliyyat Otağı yenidən Rusiyanın iştirakı ilə fəaliyyət göstərəcək.

• Rusiya Şamda vahid Hava Hücumundan Müdafiə sistemini bərpa edəcək. Rusiya İsrailin də razılığı ilə Colan təpələri istiqamətində hava və quru patrulunu bərpa edəcək.

• Suriya İrana bağlı heç bir qüvvənin Suriyada yerləşiminə, Suriya ərazisindən logistik keçidinə icazə verməyəcək.

Hermon dağı İsraildə qalacaq. Lakin su ehtiyatları birlikdə istifadə edilə bilər. İsrail Hermon dağı və Colan təpələrinə ağır silahlar yerləşdirməyəcək. İsrail ABŞ bazasının yerləşdiyi Əl-Tanf bazası istiqamətindən geri çəkiləcək.

• İsrail SDF-YPG xəttinə hərbi dəstək verməmək öhdəliyi götürür.

• İsrail tərəfi Suriyada fəaliyyətini Əsəd dövründə olduğu kimi Rusiya ilə koordinasiya edəcək. İsrail-Rusiya hərbi qaynar xətti yenidən bərpa ediləcək.

• Türkiyənin Cənuba enişini önləmək və İsrailin də şimala gəlişini önləmək üçün bütün təmas xətti boyunca Rusiya hərbiçiləri patrul həyata keçirəcəklər. İsrail və Suriya görüşlərə Bakıda davam edəcəklər. Bakı hər iki tərəfin əsas əlaqə məkanı olacaq. Suriyanın İbrahim anlaşmalarına qoşulması prosesi sürətləndiriləcək.

Mənbə: CaucasianLive

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Gənc prokurorun DƏHŞƏTLİ ƏMƏLİ ölkəni qarışdırdı: Qadın həmkarının evinə zorla girib…

redaktor

Bir dəfə satan yenə satar – Bağçalı Akşenerdən danışdı

redaktor

Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatətə baxılacaq

redaktor