DünyaSiyasət

Başqasının müharibəsində ölənlər: Azərbaycanlıların Rusiya cəbhəsinə sürülməsi

Demək olar ki, hər həftə Ukrayna savaşında Rusiya tərəfdən döyüşən hansısa azərbaycanlının öldüyü xəbəri gəlir. Bunun ən azı on qatının isə meyiti hələ də döyüş bölgələrində, morqlarda qalıb və açıqlanmır. Müharibə bitəndən sonra bu faktlar üzə çıxacaq.

Mənim Rusiya ordusunda olan mənbələrimdən eşitdiyimə görə, Rusiya hökumətinə çalışan xüsusi “rusdilli” azərbaycanlı maklerlər var. Onlar borcu, problemi olan soydaşlarımızı vətəndaşlıq, maaş, ev kimi vədlərlə aldadaraq işğalçı ordunun sıralarına qatılmağa sövq edirlər.

DTX Azərbaycanda real şəkildə işləyən, ciddi və aktiv yeganə güc strukturudur. Bu məsələni araşdırmalı, bu şəxslərin kimliyini üzə çıxarmalı və qarşısını almalıdır. Azərbaycanlıların adı tarixə, soyqırımlara imza atmış, əsrlər boyu başqa xalqları mənasız müharibələrə sürükləmiş Rusiya imperiya maraqlarına xidmət edən bir xalq kimi düşməməlidir.

Radikal tədbirlərə əl atılmalıdır. Rusiya tərəfdən döyüşərkən həlak olan şəxslər heç bir halda təntənəli mərasimlərlə dəfn edilməməlidir. Daha əvvəl paylaşmışdım: Rusiya tərəfində döyüşən birini “şəhid” adı ilə, çələnglərlə, güllərlə nümayişkaranə şəkildə dəfn etmişdilər. Bunun qarşısı qəti şəkildə alınmalıdır.

Rusiya işğal maraqlarına xidmət edən hər bir isim utancverici, biabırçı və vətən xaini kimi qiymətləndirilməlidir.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq? – VİDEO

redaktor

Mask ÖNCƏGÖRÜCÜLÜYƏ başladı – “Kosmosda yadplanetlilərlə təmas qurulacaq”

admin

“Neuralink” çipi olan ilk insan düşüncə gücü ilə onlayn şahmat oynayır – Video

redaktor