6 C
Bakı
28 Dekabr 2025 12:20
DünyaSiyasət

ABŞ təkpartiyalı dövlətə çevrilə bilər – MASK

ABŞ radikal mövqeli solçu siyasətçilərin qeyri-qanuni miqrasiyaya göz yumması səbəbindən birpartiyalı ölkəyə çevrilə və demokratiyanı itirə bilər.

Tacxeber.com xəbər verir ki, bu fikri amerikalı iş adamı İlon Mask “X” sosial şəbəkə hesabında bildirib.

“Radikal solçular artıq uzun müddətdir, seçkilərdə qalib gəlmək və Amerikanı birpartiyalı dövlətə çevirməklə əsl demokratiyanı məhv etmək üçün çoxsaylı qeyri-qanuni (və bəzi hallarda qanuni) immiqrantların ölkəyə gətirilməsi və saxlanılması məqsədilə saxta dövlət proqramlarından istifadə edirlər. Bu prosesi nə qədər izləyirsən, bir o qədər vergi pullarının hara sərf olunmasına və əgər bu dayandırılmasa, sənin səsinin heç bir əhəmiyyət daşımayacağına dəhşətlə şahid olursan”, – deyə milyarder yazıb.

Mask hesab edir ki, eyni vəziyyət Avropa, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada da müşahidə olunur.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon insan qeyri-qanuni şəkildə daxil olub və immiqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edib. İnauqurasiyadan sonra Amerika lideri ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Tramp qeyd edib ki, ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırır. Onun siyasi rəqibləri isə administrasiyanı miqrantlara qarşı həddindən artıq sərt tədbirlərdə ittiham edirlər. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakı Oksford məktəbinin üzərinə həbs qoyuldu

redaktor

ABŞ – Konqres “TikTok” qadağasına “HƏ” dedi.

admin

ÇL-in oyunları bu kanallarda

admin