HadisəMuharibə

Ali təhsili olmayan, Qarabağ doğumlu “Yura Unitaz” Rusiya ordusunun podpolkovniki oldu

2025-ci ilin noyabrında Rusiyada Pilotsuz Sistemlər Qoşunları (Войска Беспилотных Систем) yaradılıb. Bir sıra xarici və Rusiya informasiya mənbələri bu günlərdə həmin qoşunlara Yuriy Vaqanovun komandan təyin edildiyini iddia edir. Rəsmi olaraq əmr açıqlanmasa da, məsələ çox əhəmiyyətlidir. Bu yeni yaranan qoşun növünün strateji əhəmiyyəti və faktiki olaraq orada söz sahibinin kimliyi diqqətə alınmalıdır.

Yuriy Vaqanov 1982-ci ildə Dağlıq Qarabağın Stepanakert şəhərində (ind. Xankəndi) anadan olub. Gənc yaşlarında Moskvaətrafına köçüb və orada santexnika avadanlığı satışı müəssisəsi yaradıb. Ukraynada müharibə başlayanadək sırf bu işlə məşğul olub, ona görə indi də “Yura Unitaz” ləqəbi ilə məşhurdur. Keçək mətləbə. 2022-ci ildə FPV-dronların yığılması işinə başlayır və çox qısa müddətdə uğurlar qazanır.

Belə ki bu gün faktiki olaraq Rusiya Ordusunun FPV-dronlarla təchizatında tək monopolistdir. Əlbəttə burada onun RF Müdafiə nazirinin müavini Aleksey Krivoruçko ilə özəl münasibətlərinin də rolunu inkar etmək olar. Amma fakt faktlığında qalır- heç bir hərbi və mühəndis təhsili olmayan, özəl sahibkarlıqdan Rusiya Ordusunu FPV-dronlarla təmin edən, müvafiq operatorların təlimini təşkil edən böyük nüfuz sahibinə şevrilib. Xidmətlərinə görə Y.Vaqanova podpolkovnik hərbi rütbəsi verilib, həmçinin patriarx Kirill tərəfindən “III dərəcəli Dmitriy Donskoy” ordeni ilə təltif edilib.

 

İlham Qadir

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vətən müharibəsi iştirakçısı evində ölü tapıldı – Musiqiçi idi

redaktor

Rusiya çarəsiz qaldı: “Vaqner”i Kurska göndərir – Təcili

admin

Gəncədə kişi həyat yoldaşının gözlərini çıxarıb, özü isə intihar etdi

redaktor