4 C
Bakı
27 Dekabr 2025 01:04
DünyaHadisə

Qroznı səmasında açılan, Moskvada bağlanan iş

Heç də təəccüblənmədim…

Nəhayət, AZAL sərnişin təyyarəsinin Qroznı (Rusiya) səmasında vurulmasının Rusiyada aparılan istintaqın yekun nəticəsi açıqlandı.

Rusiya prezidenti Putinin Düşənbədə İlham Əliyevə etiraf etməsi ki, onlar vurub və söz verməsi ki, dəykiş insani və maddi ziyanın kompensasiyası ödənəcək, həm, araşdırma aparılıb mütləq günahkarlar cəzalandırılacaq, nəhayət ki, Rusiyadan bu barədə cavab gəldi.

Hadisənin Rusiya tərəfdən aparılan istintaqı barədə Rusiya İstintaq Komitəsinin sədri və Putinin tələbə yoldaşı Bastrıkin nəticəni tam rəsmi açıqladı: cinayət işi xitam edilib. Və bu barədə həyasızcasına Azərbaycan XİN-nə bir rəsmi məktub da göndərib. Azərbaycan xarici işlər naziri C. Bayramovun sözlərinə görə, bu məktubda ciddi təəccüb qalınası yazı oxuyub.

Bax belə. Bu da bizim Azərbaycanda bir sıra, Rusiya sevdalıların böyük qardaş adlandırdığı, Rusiya dövləti, Moskvadan törətdikləri faciəyə üzr istəmək əvəzində gələn cavab. Nə demək olur bu? Yəni ki, “vurmuşam, yaxşı eləmişəm!”. Mən isə heç də təəccüblənmədim bu cavaba.

Çünki, bunu gözləyirdim. Niyə? Çünki, bilirdim bunların, Putinin xasiyyətini. Bilirdim ki, onlara biz tələsik, “burada əsla qəsd yoxdur” deyəndə, onlar da həyasızlıqlarına salıb, deyəcıkdilər ki, qəsd yoxdursa, heç səhv də yoxdur! Xitamdır! Başqa nə gözləmək olardı, terror dövlətindən?

Amma, ilk gündən və bu gün də deyirəm ki, bu hadisə sui-qəsddir, tam terror cinayət əməlidir. Mənim öz müstəqil tədqiqatın var, bu barədə, bir ixtisaslı kimi, açıqlama verəcəm. Yaxşı olar ki, bizim Azərbaycan tərəf bu hadisə barədəki bütün qəsd növ faktlarını açsın ortaya qoysun.

Baş prokurorluq da, bu hadisə barədə apardığı istintaqı, qətiyyətlə qəsd yönlü davam etdirsin. Əsil həqiqəti, AZAL təyyarəsinə, sərnişinlərinə qəsdi çılpaqlığı ilə açıb ortaya qoymaq lazımdı.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Rusiyaya XƏBƏRDARLIQ – “Alyaska görüşündə irəliləyiş olmasa…”

redaktor

Superkubok oyunun ləğvi ilə bağlı Səudiyyə şirkətindən İLK AÇIQLAMA – FOTO

admin

Avropadan Ukraynaya 18 milyardlıq YARDIM

redaktor