DünyaTarix

Azərbaycanlı humanizmi, erməni xəyanəti.

Hamamlı ( Spitak) zəlzələsində yüzlərlə erməni xilas edən həkimlərimiz və donor olan xalqımız.

1988-ci ilin dekabrın 7-də Qərbi Azərbaycanın Hamamlı şəhərində (Ermənistan dəyişib Spitak edib) şəhərində baş verən zəlzələsi zamanı bir çox ölkələr orda yardım göstərməyə başlayır. İlk yardıma isə tarixdən nəticə çıxarmayan Azərbaycan imza atır.

İlk yardım qrupu zəlzələdən bir gün sonra yola düşür. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədov rəhbərliyi ilə Spitaka çatır. Yüzlərlə yaralı ermənilər dağıntılar altından xilas edilir. Dekabrın 11-də Azərbaycandan ikinci qrup Spitaka yardım məqsədi ilə 78 nəfər könüllü yığılır. Könülləri Spitaka aparan “İl 76” təyyarəsi Ermənistan ərazisində vurulur. 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur.

Həmin günlərdə Sovet rejimin və Ermənistanın tarixdən silməyə çalışdığı Azərbaycanlı həkimlərin onları xilas etməsi faktlardır. Onlar Spitak, Leninakan (Gümrü) və Kirovakan (Vanadzor) bölgələrində,
təcili cərrahi yardım, amputasiyalar, travmatoloji və infeksion yardım göstəriblər.

Dağıntılar altında bir neçə gün qalan insanlar toksinlər səbəbindən böyrək çatışmazlığı yaşayıblar ki, Azərbaycanlı həkimlər onların həyatını xilas etmək üçün mürəkkəb əməliyyatlar aparıblar.

1988-ci ilin dekabr ayında Bakı xəstəxanalarında Azərbaycanlılar zəlzələ bölgəsinə könüllü donor olmuş idilər. Həkimlər İrəvan və Gümrüyə yüzlərlə litr qan və plazma göndərmək üçün gecə-gündüz çalışdılar. Həkimlər başa düşdülər ki, bu qan olmadan Ermənistanda əməliyyat olunan minlərlə insan sadəcə sağ qalmayacaq.

Hərbi jurnalist Vladislav Şurıqinlə müsahibəsində Gümrü xəstəxanada bir Azərbaycan hərbi cərrahın fəaliyyətinə toxunur və qeyd edir ki, yaşlı bir erməni Azərbaycanlı tərəfindən əməliyyat olunduğunu öyrəndikdən sonra əməliyyat masasından qalxmağa çalışdığını, lakin həkimin onu qalmağa inandırdığını və həyatını xilas edir.

Bizə qarşı əks təbliğat aparan erməni sosial media qrupularında həmin hadisə zamanı həyatı xilas edilən bir erməni yazır:

*Bakılı Qalib adlı bir həkimi xatırlayıram. O, səhra xəstəxanasında bacımı əməliyyat etmişdi. O vaxt qorxduq, amma o dedi: “Qorxmayın, mən burada döyüşmək üçün yox, həyat xilas etmək üçün gəlmişəm”. Üç gün yatmadan əməliyyatlar keçirdi”

Dağıntılar altından çıxarıldıqdan sonra insanların gətirildiyi ilk yerlər məhz Azərbaycanlı həkimlərin olduğu yer idi.

Azərbaycanlı tibb qrupu barədə fransızlar yazırlar:

” Qarabağda onsuz da qızışan münaqişəyə baxmayaraq, Azərbaycan tibb işçilərinin erməni xəstələrinə sanki öz qohumlarını xilas edirmiş kimi bu qədər fədakarlıqla yanaşmalarına heyran idik”

1988-ci il Spitak zəlzələsinə gələn tibbi personal çoxlu ölkələrdən idi — mənbələrə görə təxminən 230 həkim, cərrah, psixoloq və başqa tibbi mütəxəssis müxtəlif ölkələrdən gəlmişdi, lakin erməni tərəfi bu siyahıda Azərbaycanlıların adını gizlətmiş idi.

7 dekabr 1988-ci ildə Еrmənistаndа zəlzələ zаmаnı Аzərbаycаn qаdınlаr şurаsının sədri Əzizə Cəfərzadə Еrmənistаn qаdınlаr şurаsının sədri Аkоpyаnа аşаğıdаkı məzmundа tеlеqrаm vurmuşdur: “… Biz qаdınlаr zəlzələ nəticəsində çоxsаylı insаn tələfаtınа və uçqunlаrа dərindən kədərləndiklərimizi bildiririk. Zərərçəkənlərin hаmısınа dərin hüznlə bаşsаğlığı vеririk”

Еrmənistаn qаdınlаr şurаsı Bakıdаkı qаnlı 1990-cı il, 20 Yаnvаr günlərində cаvаb qаytаrmışdır: “Sizi mаtəm günü münаsibətilə təbrik еdirik. Sizə bundаn sоnrа dа аğır mаtəmlər аrzulаyırıq. Аllаh sizin hаmınızı məhv еdəcək”

Bu bizim onlara etdiklərimiz, onların isə bizə verdikləri cavab və “sağ ol”. Ardınca soyqırımlar, işğallar baş verdi. Bu bir daha göstərir ki, ermənilərə sülh yaratmaq olar, birgə yaşayış isə mümkünsüzdü. Onlar əvvəl axır yaxşılığa yamanlıqla cavab verəcəklər.

 

Prof.Dr. Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan-Vardanyan savaşı dərinləşir: Rusiya “Ermənistan planı”nın icrasını sürətləndirir

redaktor

Hollivud ulduzu öz “Oskar”ını Zelenskiyə hədiyyə etdi – FOTO

redaktor

Planetin xəritəsi yenilənə bilər – Maqnit sahəsi dəyişir, panagea qayıdır: Alimdən HƏYƏCAN TƏBİLİ

redaktor