4 C
Bakı
27 Dekabr 2025 02:46
Dünyaİqtisadiyyat

ABŞ-ın dövlət borcu $38 trilyondan çoxdur!

Bu borc nədən yaranır?

ABŞ-ın büdcə kəsiri $2 trilyondur. Yəni hökumətin xərcləri gəlirlərindən $2 trilyon çoxdur. Bəs o qədər gəlir yoxdursa, çatışmayan $2 trilyon xərcin pulunu hardan tapırlar? ABŞ-da bunun ən populyar yolu dövlət borc kağızlarının (trejerislərin) satışıdır. Bu qiymətli kağızları hər bir hüquqi və ya fiziki şəxs ala bilər, onun ən böyük alıcıları müxtəlif dövlətlərin mərkəzi banklarıdır. Trjerisləri satmaq sayəsində ABŞ xarici ölkələrdə toplanmış dollarları öz iqtisadiyyatına cəlb edir, həmçinin büdcə kəsirini bağlayırdı.

Lakin trejeris satmaq adi əmtəə satışından fərqlənir. Trejeris ABŞ dövlətinin borc öhdəliyidir. Onu satmaqla dövlət öhdəsinə götürür ki, 1, 2, 3, 5, 7, 10, 20, 30 (üstündə qeyd olunur) ildən sonra ABŞ həmin kağızı nominal qiyməti və marjasını ödəməklə geri götürəcək. ABŞ-ın dövlət borcu, əsasən, belə yaranır.

Dolların ABŞ-da “holland xəstəliyi” yaratması haqda yazmışdım.

Eyni sözləri trejerislər haqda da demək olar. ABŞ maliyyə sistemi trejerislərin satışından çox asılıdır. Bəs ödəniş vaxtı çatanda ABŞ borclarını necə ödəyir?

Məsələ burasındadır ki, trejerislər az hallarda ABŞ-a qaytarılır. Onlar qiymətli kağızlar bazarında sərbəst satılırlar. Əgər satış zamanı trejerisin mənfəət faizi ABŞ-ın müəyyən etdiyi borc faizindən yüksəkdirsə, aydındır ki, trejerisin sahibi onu dövlətə qaytarmaqdansa, bazarda satmağa üstünlük verəcək. Trejerislərə tələbat böyük olduğundan onlar, bir qayda olaraq, bazarlarda satılır və ABŞ büdcəsinə borcun ödənilməsi üzrə cari yük düşmürdü.

Lakin bütün hallarda borc silinmir, sadəcə olaraq, onun ödənməsi təxirə salınırdı. Düzdür, borcun ödənilməsinin təxirə salınması ABŞ-ın xeyrinədir, çünki inflyasiya sayəsində borc aldığı $1000 illər sonra qaytardığı $1000 + cüzi marjadan çoxdur.

ABŞ hər il büdcə kəsirini trejeris satmaqla bağlayırsa, deməli, onun borcları da ildən-ilə artmalıdır. Biz də məhz bunu müşahidə edirik. FRS-in uçot dərəcəsinin qalxması trejerislərə təyin olunmuş marjaların da artmasına səbəb olur, çünki əvvəlki aşağı marja ilə onu alan olmaz. Marjanın artması eyni zamanda dövlət borcunun daha sürətlə artmasına səbəb olur.

Trejerislərin alınmasının (birinci əl və ya təkrar) iki əsas səbəbi var:

– Alıcılar ABŞ-ın borc öhdəliklərini yerinə yetiəcəyinə və buna imkanının olacağına əmindirlər;

– trejerisin bazar dəyərinin artacağına ümid edirlər.

İndi təsəvvür edin ki, müştərilər aşağıdakıları düşünürlər:

– ABŞ borc öhdəliklərindən imtina edə bilər;

– ABŞ-ın borcları ödəmək imkanı yoxdur;

– Trejerislər təkrar satış bazarında nominal qiymətindən ucuz satılır.

Bu halda nə baş verəcək?

– İlk növbədə ABŞ-dan trejeris alışı dayanacaq. ABŞ onları sata bilmək üçün marjanı yüksəltməyə məcbur olacaq, amma bu da satışın əvvəlki səviyyəyə çatmasına imkan verməyəcək. Çünki onlara inam yoxdur artıq.

– Trejeris sahibləri, nə qədər gec deyil, əllərində olan qiymətli kağızları satmağa çalışacaqlar.

– Bir hissəsi özündə olan trejerisləri onların qiymətlərinin nə vaxtsa qalxacağına ümid etməklə gözləyəcək.

Hazırda ABŞ iqtisadiyyatı ağır vəziyyətdədir. FRS inflyasiyanı azaltmaq üçün uzun müddət uçot dərəcəsini yüksək saxladı, sin vaxtlar Trampın təzyiqi ilə nəhayət onu bir az azaltdı. Lakin büdcə kəsiri, dövlət borcunun hər 3-4 aya $1 trilyon artması vəziyyətin ağır olduğunun göstəricisidir.

Yuxarıda yazmışdım ki, trejeris “holland xəstəliyi” yarada bilər. Trejeris satılmırsa və ya ucuzlaşırsa (marjası artırsa), bu ABŞ-ın maliyyə sisteminə ağır zərbə vurur. ABŞ-ın maliyyə vəziyyəti onsuz da pisləşməyə doğru gedirdi, bu maliyyə kapitalizminin labüd nəticəsidir. Lakin onun belə sürətlə pisləşməsinə ABŞ-ın öz təkəbbürü səbəb oldu. ABŞ dollardan Rusiyaya qarşı silah kimi istifadə edəndə hamı anladı ki, bu silah sabah onlara qarşı da çevrilə bilər.

Rusiya Çin və Hindistanla ticarətini milli valyutalarla aparmağa, Çin də yavaş-yavaş xarici ticarətini yuana keçirtməyə başladı. Beləliklə, dollara həm tələbat, həm də etimad azalmağa başladı. Mərkəzi banklar ehtiyatlarını sığortalamaq üçün dollardan və dollarla nominasiya olunmuş trejerislərdən azad olmağa başladılar.

Trejirisin əvəzində daha etibarlı olan qızıl, gümüş və platin almağa başladılar. Qiymətli metallara tələbat görünməmiş səviyyədə artdı. Məsələn, 2021-ci ildə qızılın troy unsiyası $1800 idisə, indi $4530-dur. Bu il ərzində qızılın qiyməti 70%, gümüşün – 150% artıb! Faktiki olaraq bu dolladan ajotaj imtinanın simptomudur.

Trampın bravadasına baxmayaq, ABŞ-ın maliyyə vəziyyəti çox pisdir. Tramp statistik göstəriciləri saxtalaşdırmağa məcburur – əks halda ABŞ bir həftə ərzində kollapsa düşər. Həm də seçkilərdə qalib gəlmək istəyən Tramp iqtisadi göstəricilərin yaxşı olduğunu göstərməlidir.

Lakin vəziyyət hər an nəzarətdən çıxa bilər. Qeyri-adi hadisə baş verməzsə, ABŞ büdcə kəsirini bağlaya bilməyəcək. Çünki trejerislərini sata bilmir. Dekabrın əvvəlində mətbuat yazdı ki, FRS $12,5 milyard trejeris aldı və növbəti 30 gün ərzində $40 milyard da alacaq. Bu nə deməkdir? O deməkdir ki, trejerisləri kənara sata bilmir. Onları FRS-in alması isə həmin məbləğə dollar çap etmək deməkdir. Mövcud inflyasiyanı dayandıra bilməyən FRS əlavə dollar emissiya edir! Görünməmiş addımdır, lakin başqa çıxış yolu tapmırlar. Bu üsulun nisbi üstünlüyü ondadır ki, dolları ucuzlaşdırmaqla qaytarılacaq trejerislərə görə əslində daha az pul verirəcəklər (nominal dəyəri eyni olsa da real dəyəri aşağı olacaq).

Vəziyyətdən çıxmaq üçün ABŞ Venesuela neftini ələ keçirməlidir. Ya da Qrenlandıyanı ilhaq etməlidir. 1-ci daha likvid resursdur.

Uzun sözün qısası, ABŞ-ı ağır günlər gözləyir.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ramil Ağabəyov Zelenskinin partiyasında vəzifəyə seçildi

redaktor

ABŞ məhdudiyyəti aradan qaldırdı…

admin

Prokopenko “Azov”un rəhbərliyinə qayıtdı

admin