DünyaSiyasət

Zaxarova Ukraynanı AZAL təyyarəsinin qəzasının “əsas səbəbkarı” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, AZAL təyyarəsinin qəzası bir neçə ölkə üçün “ortaq faciə” olub.

Zaxarova faciədən bir il keçdiyini qeyd edərək Qroznıda fəlakət qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışını elan etdi. O, əsas səbəb kimi “Kiyev rejimi”nin Rusiya mülki infrastrukturuna dron hücumlarını göstərdi.

Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstan komissiyasının Aktau yaxınlığında baş verən faciə ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağına və bundan sonra Rusiya və Azərbaycanın “qalan bütün məsələləri həll edə biləcəyinə” ümid etdiyini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor