GündəmİqtisadiyyatSiyasət

Özbəkistan hazırda dünyada iqtisadiyyatı ən sürətlə böyüyən İrlandiyadan sonra 2-ci ölkədir.

Özbəkistan iqtisadiyyatı Şavkat Mirziyoyevin rəhbərliyi altında sözün əsl mənasında tarix yazır.

Tekstil, Maşınqayırma, Kimya və Kənd Təsərrüfatı sahələrindəki sürət sayəsində ÜDM ilk dəfə 145 milyard dollara yüksəlib. Fantastik artımdır, cəmi 5 ilə 2 dəfə artıb.

Sahibkarlığın müdafiəsi hesabına ixrac həcmi ötən illə müqayisədə 23% artaraq 33,4 milyard dollarlıq rekord həddə çatıb.

Ölkənin qızıl-valyuta ehtiyatları ilk dəfə 51 milyard avronu ötüb, xarici investisiyalar isə 37 milyard avroya yaxınlaşıb.

Şavkat Mirziyoyev cəmiyyəti və iqtisadiyyatı kökündən dəyişən uğurlu bir rəhbər oldu. Maşallah olsun!

Özbəkistan hazırda dünyada iqtisadiyyatı ən sürətlə böyüyən İrlandiyadan sonra 2-ci ölkədir. Google, Appleyı söykənən İrlandiyadan fərqli olaraq, Özbəkistanın artımı real sektora: zavodlara, kənd təsərrüfatına, maşınqayırmaya və tekstil sənayesinə söykənir.

 

Orxan Atabəy

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rəfael Cəbrayılovun ölümündə qaranlıq məqamlar – ŞOK FAKTLAR AÇIQLANDI

admin

Ermənistan Prezidenti: “Məqsədimiz yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaqdır”

redaktor

Rusiyanın puç olan qaz ümidləri: Avropanın “donması” gələn ilə qaldı – TƏHLİL

admin