Cəmiyyət

Fazil Mustafa: “Bu şəxslərə işdən bir saat tez çıxmaq imtiyazı verilməlidir”

“Sürüşkən iş rejiminə keçid məsələsini Avropa və digər ölkələrdə olduğu kimi biz də mütləq həll etməliyik. Məsələn, bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə sahələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkündür. Məsələn, banklar və digər sektorlar isə bəzi günlər işləməyə bilər. Çünki sərbəst vaxtı olan əhali bu xidmətlərdən daha rahat istifadə edə bilər”.

Tacxeber.com xəbər verir ki, bunu depuatat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.

“Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularından biri müsahibəsində qeyd etmişdi ki, “mən 8 saat rəsmi işlə işləyirəm, 4 saat isə tıxac üçün”.

Doğrudan da, insanların böyük əksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geri qayıdarkən də 2 saat vaxt itirir. Ona görə də, heç olmasa Bakının tıxac problemi tam həll olunana qədər, vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar atılmalıdır.

Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı verilməlidir. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması, həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır. Düşünürəm ki, hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir.

Avtobusların hərəkəti və digər nəqliyyat məsələləri tənzimlənməlidir və bu istiqamətdə müəyyən işlər görülür. Amma xüsusilə dövlət qurumlarında çalışan vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün əlavə addımlar atılmalıdır”- deyə o bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Həqiqətənmi, Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddur?

admin

Aynur Camalqızı məhkəməyə verildi – İş icraata götürüldü

redaktor

Nə üçün mobil operatorlarımız əvvəllər Vasif Talıbova məxsus olduğu deyilən Naxtel-i almaqdan imtina ediblər?

admin