Ukrayna Prezidenti Vladimir Zelenski Milad müraciətində Rusiya lideri Vladimir Putinin ölümünü arzulayıb.
“Bu gün hamımızın bir arzusu var. Hamımız eyni arzunu diləyirik: ‘Kaş ki, o ölsün’. Amma biz Allaha üz tutanda, əlbəttə ki, daha böyük bir şey istəyirik — Ukrayna üçün sülh,” — deyə Ukrayna rəhbəri bildirib.
“Bu axşam hamımız haqqındadır. Ukraynalıları ukraynalı edən hər şey haqqındadır,” — deyən Zelenski əlavə edib:
“Ruslar — xristianlıqla heç bir əlaqəsi olmayan dinsizlərdir.”
