DünyaMuharibə

Putin biabır oldu – Rusiya ordusu Kupyansk üzərində nəzarəti təmamən itirib

Z-bloqerlər yazır:

Rusiya qoşunları üçün şəhərdəki vəziyyət “kritikdən də pisdir”, — dekabrın 24-də RF Müdafiə Nazirliyi ilə əlaqəli olan “Rybar” Telegram-kanalı bildirib. Həmçinin qeyd olunur ki, Oskol çayının qərb sahilindəki “xeyli hissə plasdarm” itirilib, o cümlədən Kondraşovka, Radkovka və Moskovka kəndləri. Bundan əlavə, “Rybar” yazır ki, Ukrayna Silahlı Qüvvələri süd-konserv kombinatının ətrafına nəzarəti bərpa ediblər.

Kanalın müəllifinin sözlərinə görə, noyabrda Kupyanskın tam nəzarətə götürülməsi barədə ilk bəyanatlar şəhərdə “yalnız son dərəcə kiçik qruplar” fəaliyyət göstərdiyi vaxt səslənmişdi. “Şəhərdə normal möhkəmlənmə isə nə bəyanatdan əvvəl, nə də sonra olub”, — “Rybar” vurğulayır.

“Rybar”ın açıqlamalarını digər iri Z-bloqlar da dəstəkləyib. “Dva mayor” kanalı Kupyanskın alınması ilə bağlı xəbərləri “informasiya-psixoloji əməliyyat” adlandıraraq, “biz özümüz-özümüzü məğlub etdik” deyib. Noyabrın sonundan etibarən şəhərin ələ keçirilməsi barədə rəsmi hesabatlardan sonra Vladimir Putin Xarkov vilayətində, Ukrayna Silahlı Qüvvələri üçün mühüm olan bu yaşayış məntəqəsinə nəzarət etdikləri ilə bağlı dəfələrlə öyünüb. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Erməni aparıcı casus ittihamı ilə Xankəndidə həbs olundu

redaktor

“Futbolçuları heç kim düşünmür, biz də tətil edə bilərik” – Karvahal

admin

Hitlerin yəhudi əsilli hərbçiləri: milyonlarla qohum ölümü

redaktor