14 C
Bakı
26 Mart 2026 14:14
DünyaGündəmSiyasət

Paşinyan Rusiyanı seçim qarşısında qoyub.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub. Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmiryollarını bərpa etsin.

Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmiryollları Rusiya Dəmiryolları İdarəsinə satıb. Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmiryollarının bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq.

Rusiya hökuməti dəmiryollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan dəmiryollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələnin həllini uzadarsa, Paşinyanın Ermənistan dəmiryollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu ölkənin vətəndaşları prezidentin həyat yoldaşına necə müraciət edəcəklərini bimirlər

redaktor

Putin atasının adını səhv saldı, onun reaksiyası belə oldu – VİDEO

redaktor

Ukraynaya hərbi kömək edə bilmərik – Hakim partiya

redaktor