DünyaSiyasət

Danimarkalı deputat Trampa “bir neçə ştatı almaq” hədəsi ilə cavab verib

Danimarka parlamentinin Müdafiə Komitəsinin sədri Rasmus Yarlov ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək təhdidlərinə cavab olaraq “bir neçə ştatı satın alacağı” ilə hədələyib.

Tacxeber.com xəbər verir ki, deputat bununla bağlı “X”də paylaşım edib.

“Danimarkanın kifayət qədər yaxşı iqtisadi artımı var. Biz özümüz də bir neçə ştat ala bilərik”, – Yarlov 2025-ci ildə ölkənin iqtisadi göstəricilərini şərh edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp hələ vəzifəyə keçməzdən əvvəl də Vaşinqtonun Qrenlandiyanı özünə birləşdirmək istəyini dəfələrlə bəyan edib. Aprel ayında “The New York Times” (NYT) adı açıqlanmayan rəsmiyə istinadən yazıb ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi planının həyata keçirilməsi ilə bağlı qurumlara təlimatlar göndərib. Mənbənin sözlərinə görə, Vaşinqton ada sakinlərini ABŞ-yə qoşulmaq zərurətinə inandırmaq üçün media kampaniyası aparmaq istəyir. Trampın özü isə çıxışlarında bu məqsədə çatmaq üçün hərbi gücdən istifadəni də istisna etməyib.

Daha ABŞ-nin Qrenlandiyaya xüsusi elçi təyin etməsi Danimarkada etiraz doğurub.(Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın 1.1 milyon ton mazutu Sinqapur sahillərində qalıb

redaktor

Aktyor yağ oğurladığı üçün tutuldu

redaktor

“Rejim məni həbsxanada məhv etmək üçün hökmü uzatmağa çalışır” – Saakaşvili

redaktor