29 C
Bakı
21 Avqust 2026 11:04
DünyaMaraqlı

Aviasiya tarixində bir ilk yaşanıb – Təyyarə pilot olmadan eniş edib

ABŞ-nin Kolorado ştatının Denver şəhərində maraqlı bir hadisə yaşanıb.

Belə ki, “Air B200” təyyarəsinin pilotu uçuş əsnasında huşunu itirib və təyyarədə sürətli və nəzarətsiz təzyiq itkisi yaşanıb. Bu zaman iki mühərrikli turboprop təyyarəsində olan garminin avtomatik eniş sisteminin aktivləşdirilməsi sayəsində təyyarə pilot olmadan Kolorado ştatının Denver şəhərindəki Rokki Dağ Metropolitan Hava Limanına sərbəst eniş edib.

Aviasiya sənayesi üzrə mütəxəssis Stiv Kouell bildirib ki, autoland texnologiyası hava şəraitini, uçuş-enmə zolağının uzunluğunu və digər amilləri nəzərə alaraq təhlükəsiz eniş üçün ən yaxşı variantları axtaran sistemdir.

“Təyyarə avtomatik olaraq siqnal verdikdə, yəni təcili kodunu transponder vasitəsilə yayımladıqda, hava hərəkəti dispetçerlərinə dərhal məlumat verilir. Bu kod bütün dispetçerlərin radar ekranlarında göstərilir, buna görə də hər kəs vəziyyətdən xəbərdar olur,-deyə o qeyd edib.

Qeyd edək ki, bu avtomatik eniş sisteminə aviasiya tarixində bir ilk hesab olunur. (Azpolitika)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan, yoxsa Şərdoğan?

redaktor

“Qarabağ hərəkatının məntiqi yoxdur”: Paşinyan Ermənistan hökumətinin yeni proqramını təqdim etdi

redaktor

Azərbaycan CNN-i məhkəməyə verdi: Bakının sərt cavabı

redaktor