Dekabrın 24-ü gecəsi Moskvanın cənubundakı Orexovo-Borisovo Yujnoye rayonunda partlayış baş verib. Saat 01:30 radələrində Yeletskaya küçəsi, 37 ünvanında yerləşən polis idarəsi binasının yaxınlığındakı yaşayış binasının dayanacağında əldəqayırma partlayıcı qurğu işə düşüb.
Medianın məlumatına görə, yol polisi maşınına atılan və ya yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu partlayıb, nəticədə iki polis əməkdaşı ölüb, iki nəfər yaralanıb.
