Yenə saytlar yazır ki, “Bakı Metropoliteni” zərərlə işləyir. Yığılmış zərər 3 milyard manatı keçib.
Mən bu zərəri aradan qaldırmağın yolunu deyə bilərəm. Deməli: Metropolitenin indiki rəisi, müavinləri, “çak-çuk” edə biləcək vəzifəlilərini, keçmiş Metropoliten rəisini və müavinlərini, Tağı müəllim bu dünyada olmasa da varislərini aparırsan DTX-ya. Orda bunları yaxşıca “silkələyirsən”. Birdə görəcəksən ki, zərər qarşılandı.
Məsələn, araşdırın görək Metropoliten rəisinin maaşının (maşınları da demək olar) qiyməti, evinin (evləri) qiyməti nə qədərdir və bu adamın dövlətdən aldığı maaşla bunları almaq olarmı?
Əgər bu adamlar maaşlarıyla dolanırlarsa, gediş haqlarını 1.5 AZN edin, qədirbilən xalqımızla bu zərəri qarşılayaq. Necə fikirdi?
