Hitlerin yanında onun kölgəsi olacaq qədər yaxın 3 nəfər vardı. Rudolf Gess, Görinq və Adolfun hər şeyini bilən Martin Borman….
Artıq 1943-cü ildə 3-cü Reyxin sahibləri Latın Amerikasına qaçış planını işə salmışdılar. Planın başında isə Martin Borman vardı. 1946-cı ildə İspaniyanın Galisiya bölgəsindəki Dominikan təriqətinə məxsus San Daminqo Monastrında 1 il Vatikanın kardinalı Alois Hudal sayəsində gizli şəkildə yaşadı. Hətta 1969-cu ildə Mossad Bormana məxsus izləri axtarmaq üçün monastıra basqın etmək istəyəndə təsadüfə baxın ki, monastırda yanğın çıxmışdı və yanğın arxiv bölümündə 1946-cı ilə aid sənədləri külə çevirmişdi….
Bormanın və Reyxin digər üzvlərinin Argentina macərası Argentinada hakimiyyətə gələn nasistlərə sevgisi olan diktator polkovnik Xuan Peron və arvadı Eva Peron dövrünə təsadüf edir. Eva Peronun 1946-cı ildə İspaniya səfəri zamanı Peronlar Borman və digər nasistlərlə görüşmüşdülər. Peron ailəsi müharibədən sonra Borman, Müller və Kamlerin Argentinada yaşamasına izn vermək müqabilində Nasist partiyasının qızıllarının bir qisminə yiyələnmişdilər. Təsadüfi deyilki 1945-ci ildən sonra Argentina və Braziliya başda olmaqla qitənin qızıl ehtiyatları artmışdı. Lakin Peron ailəsi nasistlərlə anlaşmanın bir qisminə sadiq qalmadılar. Bu səbəblə 3-cü Reyx Peronla birgə anlaşmağa gələn insanları 1955-ci ildən sonra təmizləməyə başladılar. Argentina höküməti ilə Nasistlər arasında əlaqəni quran fiqur Henri Dörtis suiqəsdlə öldürüldü, Eva Peronun kiçik qardaşı Xuan Duarte evində başından vurularaq tapıldı və nəhayət Eva Peron qəfildən xərçəng xəstələyinə tutuldu. Borman və 3-cü Reyxin simaları xəyanəti bağışlamadılar. 1960-lardan etibarən isə Argentinada Nasist ovu sürətlə yayılmağa başladı…..
