16 C
Bakı
23 Mart 2026 18:15
DünyaGündəmSiyasət

Azərbaycan yanacağından gələn pul Əlinin, Vəlinin, Məmmədin soyuducusuna çatmırsa, Ermənistana çatması bizi niyə sevindirməlidir?

Azərbaycan yanacağının Ermənistana çatdırılması xəbərini elə tirajlayırlar ki, elə bil bu xəbərə görə qurban kəsməliyik. Azərbaycan yanacağından gələn pul Əlinin, Vəlinin, Məmmədin soyuducusuna çatmırsa, Ermənistana çatması bizi niyə sevindirməlidir?
Bəli, sülh böyük nemətdir, qonşularla sıfır problem önəmli şərtdir və.s Amma bu xəbəri böyük bir hadisə kimi başımıza niyə çırpırsız?

Dünənə qədər həqiqəti deyən hər kəsi “erməni dəyirmanına su tökən” adlandırırdılar. İndi özləri erməni dəyirmanına yanacaq tökdüklərinə görə alqış istəyirlər.
Biz Bakıda intihar həddinə çatmış insanlara görə kədərliyik, siz Ermənistana yanacaq çatdırdığınıza görə sevinin. ….

 

İlham Huseyn

Tacxeber.com

Oxşar xəbərlər

Hörmüz boğazını bağlayacayıq – İran

admin

20 sentyabr 1918-ci il – 26 Bakı komissarları adını alacaq dəstə indiki Türkmənistan ərazisində güllələnir

admin

“Bu aksiyanı dəstəkləməyən hər bir azərbaycanlı xaindir” – VİDEO

redaktor