700 milyard dollar sərvəti olan Elon Musk! Bu sərvət necə hesablanır? Və nağd şəkildə çıxarıla bilərmi? Bütün bunlara cavab tapacaqsınız.
Yəqin çoxunuz eşidib ki, kişinin sərvəti artıq 700 milyard dəyərindədir.
700 milyard dollar bu qədər pul insan üçün nə deməkdir qardaş? Bu rəqəmi eşidən kimi ağlınızda nə canlanır? Mənə elə gəlir ki, bir çoxumuz üçün bu, artıq tikinti şirkəti, iş adamı kimi anlayışlardan çıxıb kosmik səviyyəyə keçib.
Əminəm ki, aranızda düşünən olub ki, görəsən Musk bir gün o məbləğin hamsını çəkə bilər. Ümumiyyətlə bu qədər böyük sərvət necə hesablanır. Yox qardaş, hər şey belə asan deyil. Gəlin izah edim niyə. .
Sərvətə ingiliscə Net Worth deyirlər. Sərvət deyəndə nə nəzərdə tutulur?
Elon Musk-un 700 milyard dollar dediyimiz sərvəti onun bank hesabında nağd yatan pul deyil. Sərvət dedikdə nəzərdə tutulur ki: onun bütün aktivləri (şirkət səhmləri, paylar, daşınmaz əmlak və s.) minus onun borcları. Bu fərqə net worth deyilir. Məsələn, Musk Tesla, SpaceX, xAI və digər şirkətlərdə böyük paya malikdir və bu şirkətlərin bazar qiyməti onun sərvətini yaradır.
Bunu başa düşdük bəs 700 milyard hesablanması necə aparılır ki?
Bax qardaş Musk-ın pulunu başa düşmək üçün çox asan misal yazım, ağlına gətir ki: Musk-ın şirkətləri elə bil böyük torbalardı. 1 ci torbanın üstünə yazırıq Tesla . Bu torbanın içi milyonlarla kiçik toplarla doludur bu toplarda səhmlərdir. Hər topun bir qiyməti var. Bəzisi eyni bəzisi tam fərqli ucuz və ya bahadır… Sən də məndə Teslanın səhmlərindən pay almışıq yəni top, Musk-ın həmən torbada səndən də məndən də ümumiyyətlə hamıdan çox topu var, ona görə onun pulu da çoxdur. Və həmən Tesla torbasının yiyəsi sayılır.
Qıraqda da bir dənə SpaceX torbası var ki, hələ açıq deyil, yəni hamı ora baxa bilmir. Amma investorlar deyir ki, bu torbanın içindəki top çox qiymətlidir. O da Muskındır və burada olan payı da bu sərvətə əlavə olunur.
Başqa kiçik şirkətlər var, məsələn xAI. Bu şirkət hələ böyük bazarda açıq deyil, amma investorlar hesablayıb deyir ki, onun da dəyəri məsələn fılan qədərdir əgər açılsa və ya satılsa. Musk-ın bu şirkətdəki payı da onun sərvətinə əlavə olunur.
Beləcə, bütün torbalardakı top sayı və qiyməti toplanır və Musk-ın sərvəti 700 milyard dollar olur. Yəni onun topla dolu torbaları çox olduğu üçün ona görə hər biri çox qiymətlidir!
Tutaq ki, bir gün Musk-un ağlına düşür ki, Durum gedim, bu pulları çıxarım, nağd götürüm.
Ümumiyyətlə götürə bilərmi? Xeyr! . Çünki bu pullar bank kartında deyil ki, gedib bankomatdan çıxarsın.
Onun pulu əsasən şirkətlərdəki paylarıdır. Yəni kağız üzərində dəyərdir. Əgər həqiqətən pul lazımdırsa, o payları satmalıdır və ya bankda girov qoymalıdır. Amma problem buradadır ki: belə böyük payları birdən satanda bazar çaşır, qiymətlər düşür və özü ziyana girə bilər. Ona görə də Musk istədiyi vaxt pulu gedim çıxarım deyə bilmir. Yəni kağızda çox varlıdır, amma hamısını bir anda nağd pula çevirmək mümkün deyil.
Bu qədər pul sadəcə böyük rəqəm deyil haaa, çox böyük rəqəmdir, onu gəl səninlə real müqayisə edək başa düş ki hansı məbləğdən söhbət gedir : Bax qardaş, Arizona ştatının dövlət büdcəsi illik təxminən 60 – 70 milyard dollar civarındadır. Musk-ın sərvəti bundan 10 dəfə çoxudur!
Sual ver ki, bəs neynir bu qədər pulu Musk onsuz istəsə də bu qədər pulu özünə xərcləyib bitirə bilməz, Ona görə də varlı insanlar pulu startup-lara yatırır, texnologiyalara sərmayə qoyur, xeyriyyə məqsədi ilə bir qismini paylayır. Bəziləri isə tam insanlığa sığmayan yerlərə sərmayə qoyurlar. Babalı öz boyunlarına…
Xülasə o bizdədir e, yəni bizim təsəvvürümüzdə pul ələ gələn bir şey, alına biləcək dəyərdir. Onlarda isə sadəcə rəqəmdir, kimdə çox olacaq.
