22.8 C
Bakı
10 İyun 2026 00:57
CəmiyyətGündəmİqtisadiyyat

Qənirə Paşayeva humanitar fəlakətlər içində olan Somaliyə pay-pürüş aparırdı, indi biz oradan ət alırıq?

Əcəb oyuna düşmüşük. Bir qurum digərini təkzib edir. Qida təhlükəsizliyi agentliyi -AQTA “yox” deyir, Dövlət Statistika Komitəsi isə rəsmən təsdiqləyib ki, Azərbaycan Somalidən ilk dəfədir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında 960 min dollar dəyərində 46,5 ton ət alıb. Kim düz danışır?

Deyirlər ki, həmin ət məhsullarının dadı xeyli fərqlidir. Bəs tərkibi yoxlanılırmı? Bu aralarda rənglənmiş portağallar yayılmışdı satışda. Xeyli şayiələrdən sonra AQTA məlumatı təsdiqləmişdi. Bu qurum vəzifəsini yerinə yetirirmi? Yoxsa işçiləri başqa bu cür çoxlu mərkəzlərin, agentliklərin işçiləri kimi bir yığın kağızı bir otaqdan o biri otağa daşımaqla məşğuldurlar?

Azərbaycanın kənd təsərrüfatı niyə bu gündədir ki, Somalidən, Monqolustandan ət alır. Özü də Somalidən, güvəniləsi normal ölkədən yox, Somalidən.

Somali nəinki dövlət deyil, bəlkə heç ölkə də deyil, ölkəyə oxşar bir şeydir. Daim qırğınlar, müxtəlif qruplaşmaların silahlı-qanlı toqquşmaları, üstəlik özü acından ölür, humanitar fəlakətlər içində, beynəlxalq yardımlara möhtac.

Rəhmətlik Qənirə Paşayeva Somalinin ac-yalavac uşaqlarına pay-pürüş aparırdı.

İndi yəni Azərbaycan Somalidən ət idxalına möhtac qalıb?

 

Arzu Qazıyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İngilis səfir Bakıda rus səfirə dərs keçdi

redaktor

Azərbaycanda qadının mövcud olmayan uşağa görə aliment aldığı ortaya çıxdı

redaktor

“Balaca arvad”ın dili özündən uzundur, utanmaq yox, qızarmaq yox!” – Yazıçıdan sərt qınaq

redaktor