İsfahanda yerləşən Xilaskar Müqəddəs Məsih kilsəsi və ya qısaca Vank kafedralı. Şəhərin Nor-Cuqa (Yeni Culfa) adlı erməni məhəlləsində yerləşir.
Ermənilər buraya Naxçıvanın Culfa şəhərindən 1604-cü ildə şah I Abbas tərəfindən köçürülüblər. Tezliklə əlverişli yerdə yerləşmələrindən istifadə edərək Çin və Hindistanla ticarəti öz əllərinə alıblar. İranda ilk mətbəə də məhz burada, 1636-cı ildə ermənilər tərəfində yaradılıb və erməni dilinin qorunub saxlanılmasında önəmli rol oynayıb.
Kilsənin əsası 1606-cı ildə qoyulsa da, əsas tikinti işləri 1655-ci ildə başlayıb və 1664-cü ildə yekunlaşıb. Kitabxanasında 700-dən çox əlyazma mövcuddur.
Hazırda İsfahanda 6 minə qədər erməninin yaşadığı təxmin edilir.
