DünyaTexnologiya

“ChatGPT” bunu da etdi

ChatGPT-də ünsiyyətin ümumi üslubunu və tonunu, eləcə də ayrı-ayrı xüsusiyyətləri daha dəqiq tənzimləməyə imkan verən yeni fərdiləşdirmə funksiyaları istifadəyə verilib.

Yeni parametrlər ChatGPT-nin “Ayarlar” bölməsindəki “Fərdiləşdirmə” hissəsində yer alıb. Artıq istifadəçilər aşağıdakı imkanlara malikdirlər:

–  Ünsiyyətin əsas üslub və tonunu seçmək – peşəkar və dostyana tərzdən tutmuş ironik, kreativ, maksimal dərəcədə effektiv, açıq və hətta kinayəli üsluba qədər;
–  Cavabların istilik və emosional səviyyəsi kimi ayrıca xarakter xüsusiyyətlərini əl ilə tənzimləmək;
–  ChatGPT-dən siyahılardan və emojilərdən daha az istifadə etməsini xahiş etmək – yaxud əksinə, onları daha tez-tez işlətməsini istəmək.

Bundan əlavə, yeniləmə ilə ChatGPT-də istənilən çatları sabitləmək (pinləmək) mümkündür – onlar ümumi çat siyahısında qalacaq, lakin ən yuxarıda göstəriləcək.

Bir neçə gün əvvəl isə ChatGPT özünün “tətbiqlər mağazasını” işə salıb. Buraya Spotify, Photoshop və digər xidmətlər daxildir. Onları bağladıqdan sonra istənilən servisdən birbaşa dialoq formatında istifadə etmək mümkündür.

Mövcud statistikaya görə, ChatGPT dünya üzrə çat-bot bazarının 80 faizindən çoxuna sahibdir. Ən yaxın rəqiblər – Perplexity və Microsoft Copilot – ümumi istifadəçilərin təxminən 15 faizini əhatə edir.  (Qaynarinfo)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Maskdan Eğ Evdə yaşananlara REAKSİYA – FOTO

redaktor

Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN

redaktor

Qarabağ erməniləri dünya ictimaiyyətindən 100 milyard dollar tələb edib? – VİDEO

redaktor