Yaponiya 1937–1945-ci illəri əhatə edən işğal dövründə 30 milyona yaxın insanı məhv etdi. Bunun 20 milyonu Çinin payına düşüdü. İndoneziya, Vyetnam, Filippin və Koreyada daha 10 milyon insan qırıldı. Özü isə 2.1 milyon hərbçisini itirdi.
1941-də Pörl-Harbora hücumu ilə ABŞ-la rəsmi savaşa girdi. Lakin işğal olunmuş geniş ərazilər, parçalanmış ordu, yanacaq çatışmazlığı və ABŞ-ın nəhəng sənaye gücü qarşısında Yaponiya bütün cəbhələrdə uduzmağa başladı. Pilot yox, yanacaq yox, limanlarda təyyarələr və gəmilər hərəkətsiz qalıb çürüyürdü.
Buna baxmayaraq, xalq “Buşido” kodeksini əsas götürərək təslim olmurdu. “Bir az sakitlik olsun, yenidən güc toplayıb savaşa davam edəcəyik” düşüncəsi hakim idi.
ABŞ okean boyunca irəliləyərək Yaponiyaya daxil olmağa çalışdı və Okinava adasına çıxdı. Buradakı xalq müqaviməti amerikalıları dəhşətə gətirdi. Ordunun məğlub olduğunu görən 150 minə yaxın mülki sakin, öləcəyini bilə-bilə, silahsız halda ABŞ əsgərlərinə hücum etdi. Minlərlə insan qucağında uşaqları ilə qayalıqlardan atılaraq intihar etdi.
Stalin adalara birgə hücum edib yapon xalqını kökündən məhv etməyi təklif edirdi. ABŞ isə həm keçmiş müttəfiqini itirmək, həm də açıq soyqırıma imza atmaq istəmirdi.
1945-ci ilin avqustunda Hiroşimaya ilk atom bombası atıldı. Dünya şoka düşdü, 80 min insan bir neçə saniyə içində öldü. Lakin Yaponiya təslim olmadı, əksinə, müqavimət daha da sərtləşdi.
Üç gün sonra Naqasakiyə ikinci atom bombası atıldı, 45 min insan həyatını itirdi. Ölkə boyu rabitə kəsildi. Xalq təslim olmaqdansa, tam məhv olmağı seçdi.
19 avqusta üçüncü atom bombası planlaşdırılırdı. Bu dəfə hədəf Tokio olmalı idi. Lakin 15 avqustda ilahi varlıq sayılan İmperator Hirohito sükutu pozdu. Radioda xalqa müraciət edərək müharibənin bitdiyini elan etdi. Bu, 1000 illik tarixdə yapon xalqının öz imperatorunun səsini ilk dəfə eşitdiyi an idi:
“Mən xalqımın daha çox əzab çəkməsini və insan irqinin məhv olmasını istəmirəm. Dözülməz olana dözməliyik.”
Xalq radio qarşısında diz çöküb ağladı. Hərbçilər silahı yerə qoydu. Savaşı davam edib şərəfli ölümü seçən fanatik zabitlər isə sarayı basıb çevrilişə cəhd etsələr də, artıq gec idi.
Yeri gəlmişkən, xalqını qorumaq üçün xalqa müraciət edən İmperator Hirohito bununla öz ilahi statusundan imtina etmiş oldu.
İki həftə sonra cəmi 23 dəqiqə çəkən mərasimdə Yaponiya rəsmi olaraq təslim aktına imza atdı. İmzanı qəbul edən General Duqlas Makartur faktiki olaraq Yaponiyanın “kölgə imperatoru”na çevrildi. Yeni qanunlar, yeni sistem və yeni nəsil ilə ölkəni yenidən qurdu, çökməyə qoymadı.
Nəticə etibarilə, iki atom bombası 150 min insanın həyatına son qoysa da, müharibəyə hazır olan on milyonlarla insanın həyatını xilas etmiş oldu.
1946-cı ildə İmperator Hirohito rəsmi şəkildə tanrı mənşəli olmadığını elan etdi. ABŞ isə imperator institutunun nüfuzunu qorumaq üçün onu məhkəməyə çıxarmadı.
Müasir Yaponiyada imperator Naruhitodur. O, siyasətə qarışmır, lakin cəmiyyətdə ən yüksək mənəvi statusa sahib olan, mədəni və mənəvi birləşdirici fiqur kimi qəbul olunur.
