Cəmiyyətİdman

Qurban Qurbanovu məğlub edən Valdas Dambrauskas

“Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram”.

Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının təxirə salınmış 1-ci turunda “Qarabağ” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.

Mütəxəssis komandasının inanılmaz performans göstərdiyini, təkcə Azərbaycanda deyil, Avropada səs salan bir rəqibə qarşı möhtəşəm oynadıqlarını vurğulayıb. O, stadiondakı atmosferi və oyunun keyfiyyətini yüksək qiymətləndirib.

Lakin Dambrauskas qələbəyə baxmayaraq bəzi məqamlardan narazı qaldığını da gizlətməyib:

“Qarabağ”da ilk hissədə cinahlarda boşluqlar var idi, say üstünlüyü yaradıb, cərimə meydançasına daxil olsaq da, yararlana bilmirdik. Rəqibə göstərdiyimiz təzyiqə baxmaq lazımdır. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Amma düzəltməli olduğumuz çox şey var. Top komandalara qarşı ələ düşən epizodlardan yararlanmasan, çətin ola bilər”.

Baş məşqçi liderliyi qorumaq məsələsinə ehtiyatla yanaşaraq turnir cədvəlinə sonda baxacaqlarını, rəqiblərin artıq onlara qarşı daha fərqli və ciddi hazırlaşdıqlarını qeyd edib.

Heyət və transfer planlarına toxunan mütəxəssis mövcud oyunçulardan məmnun olduğunu bildirib:

“Bu heyətdən çox məmnunam. Potensiallı oyunçularımız var və onları daha da inkişaf etdirə bilərik. Zədəlilərimiz də var: Cesse Sekidika və Ziden Xaled. Cesse ötən mövsüm çox qol vurmuşdu, onun qısa zamanda formasını bərpa etməsinə ümid edirik. Xaled isə üç aydan çoxdur zədəlidir və hələ potensialını göstərə bilməyib. Yeni transferlər barəsində isə tələsməməliyik. Rəhbərliklə danışacağıq, gələcək oyunçularımız komandamızın üslubuna uyğun olmalıdır. Variant olsa, qərarları tələsmədən və detallı şəkildə müzakirə edəcəyik”.

Sonda Aaron Maludanın gələcəyi ilə bağlı sualı cavablandıran mütəxəssis öz işinin oyunçuların bacarıqlarını artırmaq olduğunu, müqavilə məsələlərinin isə klub rəhbərliyinin səlahiyyətində qaldığını diqqətə çatdırıb. (Qol.az)

 

Oxşar xəbərlər

Bakıda 1 milyondan çox borcunu ödəyib, “Jaguar”ını girovdan çıxaran şəxs “Hafka”dır?

admin

Sabiq nazirin əsl soyadı AÇIQLANDI – Arxivdən TAPILDI

redaktor

Demensiyanın qarşısını almağa kömək edən iki tərəvəz

redaktor