İdmanTarix

“Milyonçu” verilişindən məqçiliyə gedən yol – “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas

Mühəndislik diplomuna malik olan və vaxtilə Litvanın üçüncü liqasında futbol oynamış Valdas Dambrauskas 2002-ci ildə, 25 yaşında “Sesi Nuliai – Milijonas” adlı televiziya viktorinasında iştirak edib. Bu proqram Azərbaycanda “Milyonçu” adı ilə tanınan verilişin analoqu hesab olunur.

Dambrauskas verilişdə 4 min Litva litası qazanıb ki, bu da təxminən hazırkı Azərbaycan məzənnəsi ilə 3000 manat edir.

O, qazandığı pulla sevgilisi (hazırda həyat yoldaşı) ilə birlikdə İngiltərəyə köçüb və London Metropolitan Universitetinin idman elmləri və məşqçilik ixtisasına daxil olub.

“Pul təxminən bir ay kifayət etdi, sonra məcbur olub yarımştat işlərdə çalışdım”, – deyə mütəxəssis xatırlayıb. Onun sözlərinə görə, həmin dövrdə gözlənilməz bir fürsət yaranıb və o, “Mançester Yunayted” klubunun futbol akademiyalarında məşqçi kimi işə qəbul olunub.

“O zaman ingilis dilini yaxşı bilmirdim, amma onlara müsbət təsir bağışladım və məni işə götürdülər”, – deyə Dambrauskas qeyd edib. Daha sonra o, “Brentford” və “Fulhem” klublarında təcrübə keçib və 2007-ci ildə doqquzuncu liqada çıxış edən “Kingsbury London Tigers” klubunda ilk baş məşqçi təyinatını alıb. Paralel olaraq, 2009-cu ildən etibarən Litvanın U-17, U-18 və U-19 milli komandalarında da çalışıb, ardınca isə ölkəsində “Ekranas” klubunda əvvəl köməkçi, daha sonra isə baş məşqçi olub.

 

Mənbə: – 9LuuG

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Neftçi”nin növbəti “Beşiktaş” olacaq

redaktor

D. Tramp Klublararası Dünya Çempionatının kubokunu özünə götürdü

admin

Mourinyo əməliyyat olundu

admin