DünyaSiyasət

Gültəkin Hacıbəyli Türkiyə MİT başqanı İbrahim Kalına müraciət edib

Bu gün saxlanıldığım Çatalca Geri Göndərmə Mərkəzinə özünü Canan Ulusoy kimi təqdim edən bir xanım gələrək mənimlə görüşdü. O, bildirdi ki, Ankarada Kamil Tağıyev adlı bir vəkilin bürosunda çalışır və hazırda Kamil Tağıyev Moskvada səfərdədir. Canan xanım dedi ki, əgər mən qəbul etsəm Kamil Tağıyev mənim vəkilim olmaq istəyir və o, eyni zamanda mənə burada deyiləsi mümkün olmayan siyasi mesajlar çatdıracaq.

Mən qətiyyətlə bildirdim ki, Moskvadan heç bir siyasi mesaj gözləmirəm və qəbul etmirəm. Mənim bütün siyasi fəaliyyətimdə Rusiyanın imperiya siyasətinə qarşı mübarizə həmişə əsas istiqamətlərdən biri olub. Ona görə də Moskvaya bağlı olan və ya oradan gəlmə mesaj çatdırmaq istədiyini deyən vəkil mənə lazım deyil. Mən Rusiyadan gələcək hər hansı dəstəkdənsə, Türkiyə həbsxanasında yatmağı üstün tuturam.

Açıq şəkildə görünür ki, bu işin arxasında Azərbaycan və Rusiya xüsusi xidmət orqanları var. Onlar məhkəmə ərəfəsində məni Rusiya ilə əlaqəli göstərmək üçün belə bir oyun qurublar və öz aləmlərində bu yolla məni Türkiyə dövlətinə Moskvanın adamı kimi təqdim etmək istəyirlər. Bu, barədə mən dərhal Çatalca Geri Göndərmə Mərkəzindəki səlahiyyətli şəxsə məlumat verdim.

Buradan Türkiyə Milli İstihbarat Təşkilatına, onun rəhbəri İbrahim Kalına səslənirəm. Türkiyə ərazisindəki qapalı geri göndərmə mərkəzinə gəlib Moskvadan məxfi mesaj çatdırmaq istəyən şəxslərin kimliyini və bağlantılarını araşdırmağı sizdən rica edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Türkiyənin dövlət təhlükəsizliyi üçün tamamilə uydurma və saxta əsaslarla Çatalca Geri Göndərmə Mərkəzində terrorçu kimi saxlanılan təhlükə mən deyiləm, Rusiyanın adından bura gəlib mesaj çatdırmaq istəyən xarici kəşfiyyat nümayəndələridir.

Mənim bütün siyasi fəaliyyətim hər zaman cəmiyyət üçün açıq olub və bu yazını paylaşdığım feysbuk səhifəmdə hər kəs axtarış apararaq Türkiyəyə olan xüsusi sevgi və rəğbətimi görə, Azərbaycan və Türkiyə arasında qardaşlığı nəcə təbliğ etdiyimə şahidlik edə bilər. Eyni zamanda məni tanımayanlar belə, bu səhifəni incələyərək bir daha əmin ola bilərlər ki, mən hər zaman Rusiyanın yayılmacı, imperialist siyasətini sərt formada tənqid etmişəm. İlham Əliyev Rusiya ilə Strateji Müttəfiqlik haqqında Bəyannamə imzalayanda da, Əli Kərimli ilə birlikdə ona qarşı ən kəskin mövqeyi və tənqidi bildirənlərdən olmuşam.

Bu gün mənim məruz qaldığım haqsızlıq qarşısında, xarici terror təşkilatının üzvü kimi heç bir məhkəmə qərarı olmadan iki həftədən artıq sərt nəzarət rejimində, həbsxana şəraitində saxlanılsam da, ümidim bir Allaha, bir də Türkiyə dövlətinin ədalətinə və dostu düşmənin ayağına verməyəcək siyasi iradəsinədir.

 

Tacxeber.com

Oxşar xəbərlər

İnsan bu 5 orqanını da itirsə, uzun yaşaya bilər – Çin alimlərinin yeni KƏŞFİ

admin

Tanınmış müsavatçı çağırış etdi: “İsa Qəmbər qayıtsın!”

redaktor

“Dünyanın ən güclü 100 iş adamı” açıqlandı

redaktor