Naxçıvanda qum daşıyan sürücülərin Mehriban Əliyevaya yazdığı şikayət ərizəsinə müsbət reaksiya verilsə də, yerli Su Ehtiyatları Agentliyi öz dediyindən dönmür.
Söhbət srücülərin qum-çınqıl daşımasına qoyulan qadağadan gedir.
Tacxeber.com “Gündəlik Naxçıvan”a istinadən xəbər verir ki, sürücülər bildiriblər ki, agentlik problemi həll etmək yerinə, onları təhdid edir:
“Yazdığımız şikayət məktubundan sonra baxılması üçün iş 14 saylı Naxçıvan Regional Bölməsininə yönləndirilib. Bölmənin rəbhəri Səttar Nəsirov cavab məktubunu bizə də unvanlamışdı. Məktubda yazıldığına görə, araşdırma aparılıb və qanunvericiliyə uyğun olaraq işə davam etməyin mümkün olduğu göstərilib. Bundan sonra biz problemi çözmək üçün adı çəkilən idarəyə getdik.
Ümid edirdik ki, artıq hər şey qaydaya düşəcək. Amma əksinə, rəis bizə dedi ki, şikayət etdiyiniz üçün qum-çınqıl üzü görməyəcəksiniz. Gedin, bundan sonra da hara istəyirsiniz şikayət edin. Şikayət eydiyimizə görə bizi açıq təhdid etdi.”
Əlacsız qalan sürücülər aidiyyəti qurumlara müraciət edərək, problemin həll olunmasını tələb edirlər:
“Babək və digər rayonlarda həmkarlarımız işləyir. Aylardır işsizik. Bizim də ailə uşağımız var. Aramızda qazi, şəhid ailəsi olmasına baxmayaraq Səttar Nəsirov bizi təhqir edir, işləməyə imkan vermir. Yeganə ümid yerimiz prezidentdirt. Bizə bu işin həll olunmasında kömək etməsini xahiş edirik.”
