7 C
Bakı
18 Dekabr 2025 09:45
DünyaSiyasət

İtaliya Ukraynaya hərbi kontingent göndərməyəcək – Meloni

İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin mümkün təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbi qüvvə göndərmək niyyətində olmadığını bəyan edib.

Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, hazırda “istəkli tərəflərin koalisiyası” sülh sazişi imzalanacağı təqdirdə Ukraynanın təhlükəsizliyinin təmin olunması məqsədilə Avropa qoşunlarının bu ölkəyə göndərilməsi imkanını müzakirə edir.

Baş nazir məsələ ilə bağlı mövqeyini bir daha açıq şəkildə ifadə edərək bildirib: “Bir daha vurğulayıram ki, İtaliyanın Ukraynaya qoşun yeritmək niyyəti yoxdur”.

Qeyd edək ki, dekabrın 14–15-də Berlində keçirilən danışıqlardan sonra bir sıra Avropa ölkələrinin liderləri Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün “çoxmillətli qüvvə”nin yaradılmasına hazır olduqlarını açıqlayıblar. Bildirilib ki, sözügedən qüvvənin Avropanın rəhbərliyi altında və ABŞ-ın dəstəyi ilə “istəkli tərəflərin koalisiyası” çərçivəsində formalaşdırılması planlaşdırılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyanın Bakı səfərinə İrəvandan cavab

admin

Rusiya Zaporojye AES-i Ukrayna elektrik şəbəkəsindən ayırdı –Kiyev şokda: “Bu nüvə oğurluğudur”

redaktor

“Pulumuzu Ukraynaya verməyəcəyik” – Orban

admin