Bu gün Misli Premyer Liqasında 1-ci turun təxirə salınmış oyunu keçiriləcək.
“Sabah” bu gün Masazır kəndində öz yerləşən öz meydanında “Qarabağ”la üz-üzə gələcək.
Saat 19:30-da başlayacaq qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Bu görüşü liderlik uğrunda oyun da adlandırmaq olar. Hazırda “Qarabağ” 33 xalla lider, “Sabah” isə 31 xalla 2-cidir.18 dekabr
Misli Premyer Liqası
1-ci turdan təxirə salınmış oyun
19:30. “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”

