Rusiya heç vaxt Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinə heç bir formada razılıq verməyəcək.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABC News-a verdiyi müsahibədə deyib.
Ryabkov qeyd edib ki, “heç bir halda biz NATO qoşunlarının Ukrayna ərazisində mövcudluğunu dəstəkləməyə, təsdiqləməyə və hətta dözməyə hazır deyilik. Avropa qüvvələrinin mümkün yerləşdirilməsi ilə bağlı suala o, “Xeyr, xeyr və bir daha xeyir” cavabını verib.
Qeyd edək ki, dünən “Reuters” agentliyi Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin NATO üzvlüyündən imtina etməyi təklif etdiyini bildirib. Lakin o, Qərb müttəfiqlərinin təhlükəsizlik zəmanətləri verməsini tələb edib. “Bild” qəzeti də Kiyevin ittifaqdan imtina qərarını yayıb. Avropa Birliyinin rəhbəri Kaja Kallas jurnalistlərə bildirib ki, Ukraynanın NATO üzvlüyü “artıq müzakirə mövzusu deyil”.
