30 il işğal görüb, işğala qalib gəlmiş ölkəmizin vətəndaşı olan, bu günsə işğaldakı Ukraynanın yanında, təəssübkeşliyində olan hörmətli vətən oğul-qızlarımız üçün bu, son məlumatı yayaq.
Dünənki, növbəti Ramşteyn sammitində 15 ölkə Ukraynaya gələn 2026-cı ildə maliyyə və silah dəstəyi haqda bu rəsmi öhdəliyi götürüb.
Ukrayna müdafiə naziri Denis Şmıgal bildirib:
Almaniya hərbi-texniki və sair dəstək üçün 11,5 milyard avro;
Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarını 690 milyon funt sterlinq (təxminən 1 milyard dollar)
Kanada dronlar üçün əlavə 300 milyon dol. Niderland PUA üçün 700 milyon avro;
Monteneqro, Danimarka və Yeni Zelandiya NATO müttəfiqlərinə Kiyev üçün ABŞ ehtiyatlarından silah almağa imkan verən PURL təşəbbüsünə töhfə verəcək;
Estoniya İT koalisiyasına 9 milyon avro ianə edəcək;
Litva 2026-cı ildə ölkəyə hərbi dəstək üçün 200 milyon avrodan çox ianə edəcək, Latviya isə ÜDM-in ən azın0,25%-ni — 110 milyon avro ianə etməyə davam edəcək;
Lüksemburq PURL proqramı çərçivəsində 100 milyon avro, eləcə də 15 milyon dollar (1,2 milyard) məbləğində yardım edəcək;
Norveç ümumilikdə təxminən 7 milyard dollar hərbi yardım ayıracaq;
Portuqaliya PUA-lar üçün 100 milyon avro yardım edəcək;
Polşa 100 min 155 mm-lik mərmi, Çexiya isə 760.000 artilleriya mərmisinin çatdırılmasını maliyyələşdirəcək.
Hələ ABŞ, Yaponiya, Avstraliya, cənubi Koreya, Yeni Zelandiyanın böyük dəstəklərisə ayrıcadır. Ümumən 30-dan çox Qərb və Uzaq Şərq dövləti Ukrayna arxasında, yəni Rusiyaya qarşı dayanır, Sanki öz vətəni üçün, ən imkanlı dünya ölkələri.
Bu potensiala qarşı gücü çatar, Rusiyanın? Ona görə, müharibənin uzanması Rusiyanı çökdürər. Təəccüb qalırsan Putinə, bütün Rusiya büdcəsi, təkcə Nyu-York şəhərininkindən azdır. Və bütün dünya ilə savaş açır özünü, Rusiyanı risqə salıb.
