2 C
Bakı
17 Dekabr 2025 09:58
CəmiyyətTəhsil

Elşən Qafarov: “Heç bir dövlətin təhsil naziri sevinə-sevinə, gülə-gülə elan etmir ki, bu qədər məktəb bağlamışıq…”

Tacxeber.com xəbər verir ki, E.Əmrullayevin çıxışına münasibət bildirən təhsil eksperti Elşən Qafarov Pravda.az-a açıqlamasında bildirib ki, nazirin bu açıqlaması əslində məqsədlidir:

“Uzun müddətdir ki, nazir cəmiyyətdə aqressiya yaradacaq çıxışlar edir. Nazirin söz ehtiyatı da böyükdür. Vəziyyəti daha yumşaq formada izah edə bilər, ancaq nə üçün cümlələri bu formada qurur? Cəmiyyətin və mətbuatın fikrini təhsildə olan real problemlərdən yayındırmaq məqsədi güdür. Bunu da uğurla bacarır. Bir müddət öncə 8 saatlıq iş mövzusu iki həftə müzakirə edildi. Daha sonra ibtidai siniflərdə iki müəlimin dərs deməsi, indi də ortalıq sakitləşəndən sonra sular durulduqca mənzərə açıq görünür. Daha sonra bir sıra fikirlər söyləndi, ən azı yeni ilin sonuna kimi bu fikirlər manşet olacaq. Nəticə etibarilə yenə fikirlər təhsildəki real vəziyyətdən yayınacaq”.

E. Qafarov onu da əlavə edib ki, təqribən üç il öncə Azərbaycanda 89 600, təqribən 90 000 sinif olub: “Hazırda 75 000 civarındadır. Şəhər yerlərində siniflərin açılmasının qarşısı alınır və siniflərdə şagird sıxlığı süni şəkildə artır. Qanunvericiliyə görə bir sinifdə 20-24 şagird olmalıdır. 30-35, 40-45 şagirdli siniflərimiz var. Təbii ki, şagirdlərin sayının süni şəkildə artırılması tədrisə mənfi təsir göstərəcək. “Şagird yaxşı öyrənmirsə müəllimə nə üçün əmək haqqı verməliyik?” kimi aqressiya dolu fikrin səslənməsi məqsədlidir. Eyni sualı nazirin özünə vermək istəyirəm. Emin Əmrullayev nazir kimi işinin öhdəsindən gələ bilmir. Elm və təhsil naziridir, ancaq hər hansısa bir yerdə elmi məqaləsi, araşdırması yoxdur. Hər hansı bir yerdə təhsillə bağlı araşdırması yoxdur. Statistikanı açıqlaması araşdırma sayılmır. Bu gün Azərbaycan tarixində, ümumiyyətlə, dünyada ən çox məktəb bağlayan nazir kimi tarixə düşür. Dünyada təqribən 220-dən artıq dövlət var. Heç bir dövlətin təhsil naziri sevinə-sevinə, gülə-gülə elan etmir ki, bu qədər məktəb bağlamışıq. Eyni zamanda vəziyyəti görürük, istər məktəbəqədər, ümumtəhsil, peşə, istərsə də ali təhsildə. Emin Əmrullayev təhsilin təməlini, strukturunu dağıdır, bilə-bilə edir. Təhsil sistemində yerləşdirilən və Emin Əmrullayev tərəfindən rəhbərlik edilən gizli şəbəkə var. Azərbaycan təhsili timsalında gələcəyimizi böyük zərbələr vururlar. Eyni sualı Emin bəyə də vermək olar, onda siz də təhsil naziri kimi özünüzü doğrultmamısınız və dövlət sizə niyə maaş verməlidir? Halbuki Emin Əmrullayev təhsil sisteminə gətirdiyi şəxslərə paketlər paylayır. Regional müdirlərə 5-6 min paket, sektor müdirlərinə 1 500, agentlik müdirlərinə 10 000, özünün yaxın ətrafına 10 000-15 000 aylıq paket verir. Hələ əmək haqqından başqa. Düşünürəm ki, özünü təhsil naziri kimi doğrultmadığı üçün əmək haqqı verilməməlidir. Hazırki vəziyyətdə heç bir effekt almaq mümkün deyil. Cənab Prezidentin dediyi kimi, nəyi necə, nə vaxt etmək lazımdır,  bunu dövlət başçısı bilir. Mən düşünürəm ki, yaxın vaxtlarda Emin Əmrullayev və onun təhsili dağıdan dostları haqqında müvafiq tədbirlər görüləcək”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Toyuğun yumurtasını ABŞ-a, ayağını Çinə göndəririk: Bu ölkələrlə də danışıq aparılır

redaktor

Yusuf Pezeşkian tənqidlərə cavab verdi: İranın Azərbaycanla qarşılıqlı fəaliyyət üçün üç ssenarisi var

redaktor

Pezeşkian: “İsrailə daha ağrılı və sarsıdıcı cavablar veriləcək”

redaktor