6 C
Bakı
18 Dekabr 2025 03:18
DünyaSiyasət

Çin Rusiyanın parçalanmasına hazırlaşır

Rusiyanın hansı ərazilərinin Çinə keçirməli olması ilə bağlı çinlilər arasında üç yanaşma var. Tarixə istinad edənlər Rusiyanın 1.54 milyon kvadrat kilometr ərazisinin Çinin tarixi torpaqları olduğunu, Pekinin bu torpaqları geri qaytarmalı olduğunu düşünürlər.

İkinci fikir isə ondan ibarətdir ki, Rusiyanın 3-4 milyon kvadrat kilometr ərazisi Çinə məxsus olmalıdır. Radikal yanaşma tərəfdarları ümumiyyətlə, ərazisi təxminən 7 milyon kvadrat kilometr olan Rusiyanın Uzaq Şərq Federal Dairəinin bütövlükdə Çinə keçməsini təbliğ edirlər.

Qeyd edim ki, Rusiyaya qarşı ərazi iddiası Çin Xalq Respublikası qurulduqdan dərhal sonra gündəmə gəlib. Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı Stalinlə apardığı danışıqlarda bu torpaqların Çinə qaytarılmasını müzakirə etmiş, ancaq çox sərt şəkildə rədd cavabı almışdı.

Çində 800 milyon insanı aclıqdan xilas etmiş dahi Den Syaopin Sovet İttifaqının Xarici İşlər naziri Eduard Şevardnadze ilə Pekində apardığı danışıqlarda mübahisəli sərhədyanı ərazilərin Çinə verilməsi ilə bağlı təklifinə qəti rədd cavabı alanda belə demişdir: “Siz indi kiçik bir ərazilərlə bağlı istəyimizi rədd edirsiniz. Ancaq tarixdən məlumdur ki, Çinə aid torpaqlar bu ərazilərlə müqayisə olunmayacaq dərəcədə çoxdur. Siz kiçik bir ərazini güzəştə getmirsiniz, Moskva bilməlidir, çinlilər səbrlə gözləməyi bilirlər”.

Si Cinpin 2014-cü ildə Berlinə səfəri edərkən o zaman Almaniyanın kansleri olan Angela Merkelin hörmətli qonağa çox diqqət çəkən bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədlər daxilindədir.

Angela Merkelin Si Cinpinə hədiyyə etdiyi ikinci xəritədə isə həmin ərazilər Rusiyanın sərhədləri daxilində, ancaq fərqli görsənmək üçün qırmızı rənglə təsvir edilib. Merkelin bu addımı Çində Almaniyaya qarşı rəğbəti artırmaqla yanaşı, Rusiya ilə keçmiş düşmənçiliyi yenidən qabartdı. O zaman Çin qəzetlərdən birində bu hadisə ilə bağlı baş məqalədə belə bir cümlə vardı: “Biz yüz ilə yaxındır ki, imperializmə qarşı mübarizə bayrağını daşıyırıq, amma sonda məlum olur ki, bizim torpağımızı şər imperializmi zəbt etməyib”. Başqa bir məqalədə isə deyilirdi ki, bu xəritə əsl xəzinədir. “Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”.

Putinin Rusiya İmperiyasını bərpa etmək məqsədilə Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı və təxminən 46 aydır davam edən cinayətkar müharibə Rusiyanı o qədər zəiflədib ki, onun dağılması artıq zaman məsələsi hesab olunur. Buna görə də Çində Rusiyanın ərazisinin təxminən 40 faizinə, Uzaq Şərq Federal dairəinin 7 milyon kvadrat kilometr ərazisnə iddia edənlərin mövqeyi güclənməyə başlayıb.

Çinin NetEase media korporasiyasına məxsus olan və dünyanın ən populyar saytları sırasında yer alan 163.com saytıda dərc olunan məqalədə qeyd edilir ki, Rusiya parçalansa, Uzaq Şərqin 7 milyon kvadrat kilometr ərazisi itirilməməlidir. “Uzaq Şərqdəki bu torpaq Çin üçün xəzinədir, amma Rusiya üçün yükdür. Resurslar baxımından Çinin ehtiyac duyduğu hər şey, almaz, qızıl və meşələr ordadır və onilliklər üçün kifayətdir.

Tarixi torpaqları Rusiya işğalında olan bütün xalqlar şər imperiyasının dağılacağı günə hazırlaşır ki, yaranacaq tarixi şansdan istifadə edərək torpaqlarını geri qaytarsınlar.
Rusiyanın parçalanmasına hazır olmalı olan xalqlardan biri, bəlkə də birincisi biz olmalıyıq. Azərbaycan xalqının iki müqəddəs şəhərindən biri olan Dərbənd rusların işğalı altındadır.
Bu işğala son qoymaq, Dərbənd başda olmaqla Şimal torpaqlarımızın vətənimizn sərhədləri daxilinə qayıtması üçün güneyli-quzeyli 50 milyonluq Azərbaycan xalqı “Dərbənd İttifaqı”nda birləşməlidir. Urmiyanın və digər torpaqlarımızın da təhlükəsizliyinin zəmanəti də budur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Liverpul”dan dramatik qələbə, PSJ-dən darmadağın

admin

ABŞ siyasətində yeni dönəm? Buna kimlər çalışır və onların uğur qazanmaq şansları nə qədərdir?!

admin

Merkelin bu sözləri Avropada aranı qarışdırdı

redaktor